Instagram Facebook-a bağlı olmadan reklam verə biləcək

Instagram, artıq Facebook-a  bağlı olmadan reklam yerləşdirməyin mümkün olacağını açıqlayıb. Burada  məqsəd hələ Facebook hesabı olmayan kiçik sahibkarların Instagramda rahatlıqla reklamdan istifadə edə bilməsidir. Facebook-un reklam meneceri sahibkarların daha geniş reklam imkanlarından istifadə edə bilməsi üçün Instagram reklamlarını Facebook-a bağlı olaraq həyata keçirməyi tövsiyə edir və bu funksiyanın Facebook hesabı olmayan kiçik müəssisələrə yararlı olacağını [...]

Twitter-a Hekayə funksiyası əlavə olunur

Snapchat, Instagram, Facebook, WhatsApp, YouTube kimi populyar sosial media platformalarından sonra Twitter-da  da hekayə funksiyasını görəcəyik. Fleets adlanan hekayə funksiyası digər şəbəkələrdən biraz fərqlidir. Belə ki, hekayələri hər kəs görəcək, lakin onlara cavab vermək və retweet imkanı hər kəs üçün açıq deyil.  İstifadəçilər qarşılıqlı bir-birini izləyirsə və ya direkt mesajlar hər kəsə açıqdırsa, digər iki funksiyadan da yararlanmaq olur. [...]

Instagram-da biznes profili necə formalaşdırmalı?

Belə deyim var: “Geyiminə görə qarşılayırlar, ağlına görə yola salırlar”. Bu Instagram biznes profilləri üçün də keçərlidir. Bəli, Instagramda biznes profiliniz varsa, onu elə formalaşdırmalıyıq ki, ilk baxışda cəlbedici görünsün, eyni zamanda, kontentiniz hədəf kütləyə uyğun, savadlı və maraqlı olsun. Bir sözlə, profilinizin xarici görünüşü izləyici sayına, onlardan neçəsinin sizin alıcınız olacağına təsir edir. Gəlin, [...]

Məhsuldar iş üçün nəfəs terapiyası

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə insanlar nəfəs almaq bacarığının yalnız 30%-ni istifadə edirlər. Hüceyrələrin əsas həyat mənbəyi oksigendir. Yetərincə oksigen qəbul etməmək nəticəsində qan dövranı zəifləyir və insan bədənində müxtəlif xəstəliklər formalaşır. Araşdırmalara görə 50-yə yaxın xəstəlik “oksigensizlik” kimi sinifləndirilir. Sağlam formada oksigen qəbul edə bilmək üçün Nəfəs terapiyası köməyinizə gələcək: Əvvəlcə onu deyək ki, [...]

Cəlbedici başlıq yazmaq üçün 30 taktika

Başlıq kommersiya mətnlərində çox önəmlidir. Diqqəti cəlb etməli, maraqlı gəlməli və mətnin oxunmasına səbəb olmalıdır. Mətn nə qədər maraqlı və faydalı olsa da, pis yazılmış başlıq potensial müştərini yayındıra bilər. Marketinq mütəxəssisi David Ogilvy deyib ki, insanlar adətən, başlıqları  mətndən 5 dəfə çox oxuyur. Bunu nəzərə alaraq başlıq yazarkən sizə faydalı olacaq  30 taktikanı təqdim [...]

Media Dəsti nədir?

Media Dəsti, qrumun özünü mediaya tanıtmaq və ya anlatmaq üçün hazırladığı, içərisində qurum haqqında önəmli və detallı məlumatları əks etdirən müxtəlif tanıdıcı, korporativ yazılı və vizual materialların olduğu dəstdir. Media Dəsti, hər qurumda özünəməxsus, ictimaiyyətlə qurum arasında əlaqələrin möhkəmlənməsinə kömək edən vacib korporativ kimlikdir. Media dəsti, qurumun markalaşma yolunda qət etməli olduğu əsas proseslərdən biridir. [...]

Film tövsiyəmiz: All the president’s man

“The Washington Post”  qəzetinin müxbirləri Bob Woodward və Carl Bernstein ABŞ prezidenti Niksonun istefasına səbəb olan Watergate qalmaqalını araşdırır. Filmdə bir tərəfdən siyasətçinin PR  və böhran kommunikasiyası ilə tanış olur, digər tərəfdən jurnalist araşdırması, məsələyə yanaşma və əzmkarlığa şahid olursunuz. Müsahibə texnikası, müsahiblə danışıq, gizli mənbə ilə iş və sair kimi Media üçün önəmli məqamlar [...]

IKEA-dan evdən işləyənlər üçün virtual arxa fonlar

Pandemiya (COVID-19) ilə əlaqədar insanların əksəriyyəti karantin rejimində, iş yerlərinə getmədən evdən çalışırlar. Buna görə də əməkdaşlar komanda işində və ya işgüzar görüşlərdə video-konfranslardan istifadə etməli olur. IKEA şirkəti rəsmi görüşlər keçirən insanların ev şəraitində arxa fonlarının dağınıq və ya qeyri-rəsmi olacağı ehtimalına əsaslanaraq video-konfranslar üçün xüsusi dizayn edilmiş virtual, dekorativ arxa fonlar təqdim edib. [...]

Uğurlu marka yaratmağın 8 yolu

Marka – məhsula, quruma, xidmətə, hadisəyə dair insanların zehnində formalaşan qavrayışdır. Marka yaratmaq isə insanların zehnində arzulanan qavramanı əldə edə bilmək üçün həyata keçirilən silsilə addımlar, fəaliyyətlərdir. İstehlakçılar arasında aparılan sorğuya görə insanların 59%-i tanıdığı markanın məhsullarından istifadəyə üstünlük verir. Uğurlu marka yaratmağın yolları Markalaşmağın da müəyyən qaydaları var. Bu qaydaları bilmək və istifadə etmək [...]

Real Time Marketing nədir?

Real Time Marketing (anlıq marketinq) gündəmlə bağlı markaların həyata keçirdiyi kontent marketinqidir. Gündəmdə olan və istehlakçılar tərəfindən mənimsənilərək sürətli formada sosial şəbəkələrdə paylaşılan və müzakirə olunan mövzular Real Time Marketing (RTM) üçün zəmin yaradır. Markalar həmin mövzunu özləri ilə əlaqələndirərək fürsətə çevirir. Burada əsas məsələ mövzuya vaxtında reaksiya verməkdir. Bunun üçün, hətta, həmin gün paylaşım [...]

Film tövsiyəmiz: Good Advice

ABŞ-da çox yaxşı broker işi olan Ryan Turner (Charlie Sheen) milyonlar qazanır. Sevgilisi Cindy isə qəzetlərin birində köşə yazısı yazır və qadınlara münasibətlər barədə tövsiyələr verir. Tale elə gətirir ki, Ryan bir müddət sonra müflisləşir və işsiz qalır. Vəziyyəti belə görən sevgilisi isə ondan ayrılır, qəzetdəki işini də tərk edir.  Həyatını necə davam etdirəcəyini bilməyən [...]

Off the Record nədir?

Off the record media sahəsində istifadə olunan anlayış və üsuldur. Müsahibiniz  müsahibə vaxtı hər hansı məlumatı müsahibədən kənar dediyini vurğulayırsa, həmin məlumatı müsahibinizin adından yayımlaya bilməzsiniz. Çünki o, Off the record-dan (qeyddən kənar) istifadə edib. Off the record ifadəsi altında (bizim ölkədə bu ifadə daha çox “bunu sənə dost kimi deyirəm”, “bunu sənə deyirəm, amma [...]