PR karyerasının doğru seçim olmasına dair 6 əlamət

PR gec kəşf edilsə, fənn kimi dərsliklərə gec düşsə də, həmişə marketinqin daxilində önəmli yer tutub. Lakin, zaman keçdikcə insanlar reklamları keçilə bilən, bloklana bilən texnologiyalarla həyatlarından çıxardıqca, PR-ın önəmi daha da artdı və mərkəzi mərhləyə keçə bildi. Sən də öz karyeranı PR sahəsində görürsən? Bəs sənin bacarıqların və xüsusiyyətlərin bu sahəyə uyğundurmu? PRdailiy.com-un təqdim [...]

Apple ikonik göyqurşağı loqosuna qayıdır

Apple istifadəçiləri üçün məhsullarını tez-tez yeniləyir və modernləşdirir. Şirkətin elə ən böyük özəlliklərindən biri də modernliyi ön planda tutmasıdır. Bu ay Apple-ın mərkəzi evi Cupertino 7 parlaq rəngdə yeni iMac-lərin təqdimatını edib. Təqdimat video çarxında bir detal diqqəti çəkib. Yayımlanan reklam çarxının sonunda Apple-ın 1970-ci illərdə istifadə etdiyi göyqurşağı rənglərində loqosu görünür. Loqoda bəzi fəyişikliklər [...]

Kitab Tövsiyəmiz: Influence. The psychology of persuasion

Marketinq və reklam sahəsi üçün vacib bacarıqlar arasında inandırma bacarığı mühüm rol oynayır. Çünki, fikrin ortaya çıxmasından həyata keçirilməsinə, qurulmasından inkişafına qədər hər mərhələdə inandırmaq bacarığına ehtiyac var. Məhz elə, Robert Cialdini yazdığı Influence – İnandırma Psixologiyası kitabı təkcə çalışdığınız müəssisədə deyil, həyatınızın (iş, məktəb, ictimai həyat) hər istiqamətində inandırma qabiliyyətinizi inkişaf etdirəcək. İnandırma mövzusunda [...]

Üz-üzə kommunikasiyanın effektivliyi

Üz-üzə kommunikasiya yaxşı münasibətlər və insanlarla şəxsən əlaqə qurmaq üçün ən yaxşı imkandır. Qısa ünsiyyət asandır, lakin qarşınızdakının cavablarını diqqətlə dinləməlisiniz. Cavablar sizə həmin şəxsin maraqları və dəyərləri barədə çox şey öyrədir, ən əsası onunla ünsiyyətdə hansı dili işlədəcəyinizi müəyyənləşdirməyə kömək edir. Mindtools.com yazır ki, bəzən üz-üzə kommunikasiyada sizi “tələ”yə düşürə bilərlər. Sizə cavabını bilmədiyinz [...]

Film Tövsiyəmiz: Hotel Rwanda

Real hadisələrə əsaslanan Hotel Rwanda filmi etnik münaqişədən bəhs edir. 2005-ci ildə işıq üzü görən filmin rejissoru Terry George, baş rol aktyorları isə  Don Cheadle, Joaquin Phoenix, Nick Nolte kimi aktyorlardır. Film münaqişə zamanı insanları xilas etməyə çalışan hotel müdirinə fokuslansa da, filmdə media işçilərinin diqqət etməli olduqları çox məqam var. Filmin əvvəlində radio aparıcısının [...]

Yapon pivə markası Asahi Breweries yeyiləbilən bokallar hazırlayır

Dünyada kirliliyi azaltmaq üçün yeyiləbilən bokallar istehsal edən Asahi Breweries pivə markası eyni zamanda plastik tullantıları və plastik istifadəsini minimuma endirməyə çalışır. Modu adını verdikləri bu bokalları pivəni içdikdən onra yemək olar. Yüksək temperatur və təzyiqdə katrtof nişastasından hazırlanan bokallar içində maye saxlayacaq qədər dözümlüdürlər. Təkcə içki yox desert formalı yeməklərin də servis ediləbiləcəyi müxtəlif [...]

Səsli söhbətlər 2.0: Kanallar, minlyonlarla dinləyici, söhbətlər

Telegram sosial şəbəkəsi səsli söhbət funksiyasını dekabr 2020-də istifadəyə vermişdi. Bugünlərdə isə şəbəkə səsli söhbətlər funksiyasını kanallar üçün də aktiv edib. Səsli söhbət kanallarında dinləyici sayında limit yoxdur. Telegram öz bloqunda bu barədə məlumat paylaşıb. Bu funksiya ilə kanallar və ümumi qrupların idarə edənlər milyonlarla dinləyiisi olan səsli söhbətlər təşkil edə biləcəklər. Bu funksiya 21-ci [...]

Gucci rəqəmsal idman ayaqqabılarını satışa çıxarıb

Lüks istehlak markalarından olan Gucci öz təqlidlərindən belə ucuz qiymətə idman ayaqqabısı satışa çıxarıb. Görünüşcə markanın digər məhsullarından fərqlənməyən ayaqqabını heç vaxt geymək mümkün deyil. Yaradıcı direktor Alessandro Michele-in dizyn etdiyi bu ayaqqabı yalnızca rəqəmsal aləmdə mövcuddur. Gucci-nin tətbiqində 11.99 ABŞ dollarına satılan ayaqqabını alıcılar artırılmış gerçəklik vasitəsilə ayaqlarında görə bilirlər və komputer oyunlarında qəhrəmanları [...]

Halo effekti nədir?

Birinci Dünya Müharibəsində amerikalı psixoloq Edward Thorndike komandirlər arasında onlara tabe olan əsgərlər barədə araşdırma sorğu aparıb. Araşdırma nəticəsində məlum olub ki, komandirlər yaraşıqlı və sağlam görünüşlü əsgərlərinin digərlərindən daha üstün, bacarıqlı, ağıllı, disiplinli, fədakar olduğunu düşünür. Komandirlərin əsgərlərinin xarici görünüşündən təsirlənib onlarda olmayan müsbət xüsusiyyətləri onlara yaraşdırmağına Thorndike Halo effekti adını verib. Halo effekti [...]

Həvəskarsız yoxsa peşəkar?

Türkiyəli marketoloq Temel Aksoy həvəskarları peşəkarlardan fərqləndirən bir neçə bənddən ibarət siyahı təqdim edib. Bu siyahıya baxıb həvəskar yoxsa peşəkar olduğunuzu özünüz təyin edin. Həvəskarlar hədəfə çatıb dayanırlar; Peşəkarlar üçün isə hər uğur yeni başlanğıcdır. Həvəskarların hədəfləri var; Peşəkar üçün keçilməli olan proseslər var. Həvəskarlar hər mövzuda bilikli olduqlarını düşünürlər; Peşəkarlar hansı mövzuya hakim olduqlarını, [...]

Ən çox kripto valyuta istifadə edən ölkələrin siyahısı

Dünya İqtisadi Forumu (World Economic Forum) ən çox kripto valyuta istifadə edən ölkələrin siyahısını açıqlayıb. Son dövrlərdə Bitcoin başda olmaqla kripto valyutaların yüksək dəyər qazanması hər kəsin diqqətini cəlb edib. Elə bu vaxt Dünya İqtisadi Forumunun açıqlaması kripto valyutaya ölkələrin münasibətini anlamağa kömək olub. Belə ki, siyahıda ilk yerdə Nigeriya yer alır. Nigeriya əhalisinin 33%-i [...]

Film tövsiyəmiz: The Bang Bang Club

Steven Silver-in 2010-cu il istehsalı filmi The Bang Bang Club mediaya maraq göstərən hər kəs üçün dərslik rolunu oynayır. Greg Marinovich and João Silva-nın ortaq kitabı The Bang-Bang Club: Snapshots from a Hidden War əsasında lentə alınan film ilk dəfə Toronto Beynəlxalq Film Festivalında nümayiş olunub. Filmdə Cənubi Afrikada daxili münaqişələri işıqlandıran dörd dost jurnalistin [...]