Pandemiya (COVID-19) ilə əlaqədar insanların əksəriyyəti karantin rejimində, iş yerlərinə getmədən evdən çalışırlar. Buna görə də əməkdaşlar komanda işində və ya işgüzar görüşlərdə video-konfranslardan istifadə etməli olur.
IKEA şirkəti rəsmi görüşlər keçirən insanların ev şəraitində arxa fonlarının dağınıq və ya qeyri-rəsmi olacağı ehtimalına əsaslanaraq video-konfranslar üçün xüsusi dizayn edilmiş virtual, dekorativ arxa fonlar təqdim edib. IKEA-nın konsept arxa fonlarında seçimlər arasında çoxsayda iş otağı və ofis görüntüsü ilə yanaşı, rahat və səliqəli otaqdan tutmuş çimərlik görüntüsünə qədər mənzərələr var.
Arxa fonlardan istifadə edə bilmək üçün kameranızı düz arxa planı olan bir yerə kökləməyiniz kifayət edir. Arxa fonları əldə etmək üçün https://backgroundsbyikea.com/ ünvanına keçid etməlisiniz.