Proqram: PR/Kommunikasiya mentorluq proqramı 3 tam aylıq Mentorluq təklif edir.
Təsvir: Mentor iştirakçının mövcud işlərinin PR/Kommunikasiyası prosesində yanında olub, həyata keçirilən bütün fəaliyyətlərin PR həllərinin tətbiqində həm yardımçı olur, həm də iştirakçının biliklərinin yeniləməsinə və artırmasına kömək edir.
İştirakçı mentorluq proqramında yeni biliklər əldə etməklə yanaşı, həm də bu bilikləri real mühitdə və mentor müşahidəsində tətbiq edərək uğurlu nəticədən faydalanır.
Kimlər müraciət edə bilər? 
Mentorluq proqramından PR və Kommunikasiya üzrə öz və ya əməkdaşlarının təcrübəsini artırmaq, çalışmış olduqları qurumların PR/kommunikasiya həllərini peşəkarlaşdırmaq, eyni zamanda imicini yüksəltmək istəyən dövlət və özəl qurumlarda çalışan rəhbərlər, menecerlər, mütəxəssilər faydalana bilərlər.
Mentorluq modulu:
Proqramın modulu müraciətçilərin ehtiyaclarına uyğun olaraq dizayn edilir.
Müraciət üçün:
070 552 7 552
contact@premark.az