“PR və Kommunikasiya” kursu

Communication Academy “PR və Kommunikasiya” kursuna tələbə qəbulu elan edir.

Kurs müddətində:

  • düzgün PR strategiyasının hazırlanması,
  • ictimaiyyətlə əlaqələrin qurulması,
  • hədəf auditoriyasının müəyyənləşdirilməsi,
  • böhran strategiyası,
  • press-relizlərin yazılması,
  • mətbuat konfranslarının təşkili

kimi mövzular öyrədilir.

Təcrübə mühitində keçən kursu uğurla bitirən tələbələrə sertifikat və tövsiyə məktubu təqdim edilir. Yüksək nəticə göstərən məzunlar müxtəlif qurumlarda təcrübəyə yönləndirilirlər.

Kurs “PreMark” PR və Media Konsaltinq xidmətinin rəhbəri, Hubert H. Humprey təqaüd proqramı üzrə Maryland Universitetinin məzunu, PR və Kommunikasiya mütəxəsisi Azər Nəzərov tərəfindən tədris olunur.

Arzu edənlər CV – lərini contact@communicationacademy.az ünvanına göndərə bilərlər. CV-lər ilkin baxışdan keçdikdən sonra kursa qəbul müsahibə yolu ilə həyata keçiriləcək.

Daha ətraflı məlumat üçün:
070 552 75 52