Communication Academy PR, Marketinq, Menecment, Media və Proqramlaşdırma kimi sahələr üzrə peşəkar təlimlər təşkil edir. Communication Academy -nin hədəfi peşəkar PR və Kommunikasiya biliklərinin tədris etməklə yanaşı, bu sahədə müxtəlif layihələr həyata keçirmək, mütəmadi təhlillər aparmaq, beynəlxalq PR qurumları ilə yerli PR-çılar arasında körpü rolunu oynamaqdır. Akademiya həm də beynəlxalq və yerli əlaqələri, təcrübələri bu sahəni dərindən öyrənmək, peşəkarlığını artırmaq və eyni zamanda, akademik olaraq formalaşmaq istəyənlər üçün əl çatan edir.
Burada ənənəvi metodlardan uzaq, dünyanın aparıcı təhsil mərkəzləri tərəfindən qəbul olunmuş yeni tədris üslublarından istifadə edərək tədris modulları hazırlanıb.