Bir çox insanlara “reklamın növü” nə deməkdir sualı ilə müraciət etsəniz, onların hamısı bunun reklamın çatdırılma üsulu olduğunu söyləyəcəklər (məs. televiziya reklamı, radio reklamı və s.). Lakin marketinqdə reklamın növü göndərilən məlumatın ilikin “fokusuna” aid edilir və aşağıdakı kateqoriyalardan birinə uyğun olur:
Əmtəə reklamı – fərdi istifadə və istehsalat təyinatlı , istehlakçısı sənaye müəssisələri, dövlət və ictimai təşkilatlar olan xidmətlərin və əmtəənin satışının stimullaşdı rılması.
İmic reklamı – şirkətin ticarət markasının sevilən obrazını yaratmaq və ya şirkətin təşkilatı mədəniyyətini formalaşdırmaqdır.
Korporativ reklam – imicin formalaşdırılması ilə şirkət haqqında təsəvvürün yaranmasına, onun fəaliyyətinə müna sibətin formalaşmasına xidmət edən firma reklamıdır.
Şirkətdaxili reklam – imic reklamının çeşidlərindən biri, tədbirlər kompleksinin ayrıca hissəsi kimi şirkətin təşkilati, daxili mədəniyyətinin formalaşmasına xidmət edir.
Kommersiya reklamı – əmtəə və reklamın satışından maddi gəlir əldə etməyə yönəlib. Kütləvi tələbat və istehsalat təyinatlı mallarının, ticarət təşkilatlarının reklamını bu kateqoriyaya aid etmək olar.
Qeyri-kommersiya reklamı – sosial təyinatlı dəyərlərin reklamın tarixi təbliğinə, maddi olmayan dividendlərin əldə edilməsinə xidmət edir.
Dövlət reklamı – məqsəd olaraq, millətin və dövlətin xeyrinə, iqtisadi və insan potensialının tərəqqisini, dövləti maraqların inkişafını, cəmiyyət daxilində hakimiyyətin yaxşı imicinin formalaşmasını təbliğ edir.
Sosial reklam – ictimai dəyərləri tanıdır, əhalinin sosial müdafiə olunmayan təbəqələrinin maraqlarını, ətraf mühiti və digər canlıları müdafiə edir.
Siyasi reklam – Siyasi partiyaların və seçkilər dövründə deputatlığa namizədlərin reklamı, vətəndaş cəmiyyəti strukturuna daxil olan ictimai birlik və assosiasiyaların reklamıdır.