Film Tövsiyəmiz: Hotel Rwanda

Real hadisələrə əsaslanan Hotel Rwanda filmi etnik münaqişədən bəhs edir. 2005-ci ildə işıq üzü görən filmin rejissoru Terry George, baş rol aktyorları isə  Don Cheadle, Joaquin Phoenix, Nick Nolte kimi aktyorlardır. Film münaqişə zamanı insanları xilas etməyə çalışan hotel müdirinə fokuslansa da, filmdə media işçilərinin diqqət etməli olduqları çox məqam var. Filmin əvvəlində radio aparıcısının [...]

Film tövsiyəmiz: The Bang Bang Club

Steven Silver-in 2010-cu il istehsalı filmi The Bang Bang Club mediaya maraq göstərən hər kəs üçün dərslik rolunu oynayır. Greg Marinovich and João Silva-nın ortaq kitabı The Bang-Bang Club: Snapshots from a Hidden War əsasında lentə alınan film ilk dəfə Toronto Beynəlxalq Film Festivalında nümayiş olunub. Filmdə Cənubi Afrikada daxili münaqişələri işıqlandıran dörd dost jurnalistin [...]

Film tövsiyəmiz: The Devil Wears Prada

David Frankel-in 2006-cı ildə lentə aldığı “The Devil Wears Prada” filmi moda sənayesinin necə işlədiyi barədə tamaşaçılara məlumat verir. İnsan hisslərinin və dəbin tələblərini özündə birləşdirən film menecment və liderlik mövzularında faydalıdır. Anne Hathaway, Meryl Streep, Adrian Grenier kimi məşhurların toplandığı film eyni zamanda stress altında çalışmaq, iş yerinin tələbləri və onlara cavab vermək kimi məsələlərə də [...]

Film tövsiyəmiz: The Killing fields

Film Kambocaya ezam olunan  fotoqraf Sydney və onun dostu, New York Times-ın yerli müxbiri Dith-dən bəhs edir. Kambocada davam edən vətəndaş müharibəsini işıqlandıran iki dost çətin vəziyyətlərə düşür və onlardan biri əsir götürülür. Onlar azadlığa gedən yolun izini əsla itirmirlər. Film müharibə və münaqişə zonlarında fəaliyyət göstərən jurnalistlər üçün nümunəvi filmlərdəndir. Amerikan kino sənətinin şah [...]

Film tövsiyəmiz: Live from Baghdad

HBO-nun sifarişi ilə 2002-ci ildə çəkilən film CNN telekanalı üçün dönüş nöqtəsindən bəhs edir. Telekanal Fars körfəzi müharibəsinin əvvəlində 1991-ci ildə İraqa çəkilişə gedir və 7/24 canlı yayımın gücünü göstərir. Jurnalistlərin müharibə bölgəsində işini göstərən filmdə aktyor Michael Keaton CNN prodüseri Robert Wiener-i canlandırır.

Film tövsiyəmiz: Our Brand is Crisis

David Gordon Green-in rejissoru olduğu Our Brand Is Crisis-ın baş rollarını Sandra Bullock, Zoe Kazan, Billy Bob Thornton, Anthony Mackie canlandırır. Film sənədli film əsasında çəkilib. Film ABŞ-dan olan siyasi müşavirin Boliviya prezident seçkilərində bir namizədin yenidən qalib gəlməsi üçün göstərdiyi köməkdən bəhs edir. Film siyasi kampaniyaların hazırlanması, həyata keçirilməsi, böhran vəziyyətindən çıxış yollarına dair [...]

Film tövsiyəmiz: Nightcrawler

Lou Bloom uğurlu karyera ardınca düşən gənc və iddialı operatordur. Bu məqsədlə o, gecələr şəhərdə baş verən cinayət hadisələrini bütün açıqlığı ilə lentə alır, lakin daha yaxşı görüntü əldə etmək üçün hadisə yerində dəyişikliklər etməkdən də çəkinmir. Qısa müddət sonra şəhərin qabaqcıl televiziya kanallarından birində gecə növbəsində işə başlayır. Qəhrəmanın hadisələrə müdaxiləsi və reallığı dəyişdirməsi [...]

Film tövsiyəmiz: All the president’s man

“The Washington Post”  qəzetinin müxbirləri Bob Woodward və Carl Bernstein ABŞ prezidenti Niksonun istefasına səbəb olan Watergate qalmaqalını araşdırır. Filmdə bir tərəfdən siyasətçinin PR  və böhran kommunikasiyası ilə tanış olur, digər tərəfdən jurnalist araşdırması, məsələyə yanaşma və əzmkarlığa şahid olursunuz. Müsahibə texnikası, müsahiblə danışıq, gizli mənbə ilə iş və sair kimi Media üçün önəmli məqamlar [...]

Film tövsiyəmiz: Good Advice

ABŞ-da çox yaxşı broker işi olan Ryan Turner (Charlie Sheen) milyonlar qazanır. Sevgilisi Cindy isə qəzetlərin birində köşə yazısı yazır və qadınlara münasibətlər barədə tövsiyələr verir. Tale elə gətirir ki, Ryan bir müddət sonra müflisləşir və işsiz qalır. Vəziyyəti belə görən sevgilisi isə ondan ayrılır, qəzetdəki işini də tərk edir.  Həyatını necə davam etdirəcəyini bilməyən [...]

Film tövsiyəmiz: Wag the Dog

PR sahəsinə marağı olanlar üçün bu film əla nümunə və təcrübədir. Barry Levinsonun rejissorluğunu etdiyi, baş rolları Roberd de Niro və Dustin Hoffman kimi məşhur aktyorlara həvalə olunan 1997-ci il istehsalı filmdə hər şey ABŞ-da prezident seçkiləri ərəfəsində namizədlərdən birinin imic böhranı ilə qarşılaşmasıyla başlayır. PR komandası böhranı aradan qaldırmaq və seçiciləri böhrana səbəb olan [...]

Film tövsiyəmiz: The Great Hack

Communication Academy-nin izləyicilərinə tövsiyə etdiyi filmlərdən biri də The Great Hack filmidir. Bu sənədli film rəqəmsal kommunikasiya və datanı öyrənənlər maraqlı olacaq. The Great Hack sənədli filmi məlumat şirkəti olan Cambridge Analytica-nın sosial medianın qaranlıq tərəfinin simvoluna çevrildiyini ortaya qoyur. Cambridge Analytica sosial şəbəkələr üzərindən kredit kartı istifadəsini, veb axtarışları, insanların yerlərini, bəyənmələrini və digər [...]