David Gordon Green-in rejissoru olduğu Our Brand Is Crisis-ın baş rollarını Sandra Bullock, Zoe Kazan, Billy Bob Thornton, Anthony Mackie canlandırır. Film sənədli film əsasında çəkilib. Film ABŞ-dan olan siyasi müşavirin Boliviya prezident seçkilərində bir namizədin yenidən qalib gəlməsi üçün göstərdiyi köməkdən bəhs edir. Film siyasi kampaniyaların hazırlanması, həyata keçirilməsi, böhran vəziyyətindən çıxış yollarına dair nümunələr göstərir.