Airbus planetlərarası karqo gəmisi hazırlayır

Hava nəqliyyatı şirkəti Airbus bir müddətdir uçan taksi layihəsi üzərində işləyir. Bu növ nəqliyyat vasitələrinin konsept dizaynı daha öncə paylaşılmışdı. İndi isə Airbus daha da futuristik layihə ilə çıxış edir.

Airbus-un “Dünya dönüş peyki” (Earth Return Orbiter) adlandırdığı kosmik gəmi 6,5 ton ağırlığında olacaq. Gəminin uçuşunun 2026-ci ildə gerçəkləşdirilməsi planlaşdırılır. BBC-nin xəbərinə görə, kosmik gəminin güc mənbəyi günəş panelləri vasitəsilə işləyən ion mühərrikləridir.