Zoom yeni funksiyası ilə görüşlərdə iştirak etməyənlər barədə bildiriş göndərəcək. Tətbiqin yeni funksiyası “Attendance Status” Google və Microsoft-un təqvimləri ilə inteqrasiya olunmuş şəkildə işləyəcək. İclasda olmayan insanlar barədə xəbər verən bu funksiya kimin gecikdiyini də göstərəcək. Bu xüsusiyyətlərə əlavə olaraq göndərilən dəvətlərin qəbulu və rədd edilməsi statusu da görünəcək. Bu funksiya ilə yanaşı görüşü qəbul […]
Category Archives: Xəbəriniz var?
Son dövrlər dünya üzrə 100 milyondan çox insanın izlədiyi Squid Game serialı yayımlandığı platforma – Netflix-in abunə sayının artmasına səbəb olub. 17 sentyabr 2021-də Netflix-də yayıma çıxan Squid Game-i 142 milyon abunə izləyib. Üstəlik serial 94 ölkədə izlənmə sayına görə platformanın 1 nömrəli serialı olub. Netflix-in açıqlamasına görə bu serialın yayımı sayəsində artan abunə sayı […]
Toyota şirkətinin hidrogen əsaslı yanacaq ilə çalışan nəqliyyat vasitəsi Mirai, dolu yanacaq çəni ilə ən uzun məsafəni qət edən hidrogen yanacaqlı avtomobil olaraq Ginnesin Rekordlar Kitabına düşüb. Kaliforniyada gerçəkləşdirilən sınaqda avtomobilin çəni 5 dəqiqəyə dolub və Mirai, 1360 km yol qət edərək rekord qırıb. Səfər zamanı avtomobildən ayrılan yalnızca su buxarı olub və avtomobil həm […]
Danimarkada yeni istifadəyə verilən “İnsan Kitabxanası”, ayrı-seçkiliyi və sosial stereotipləri azaltmaq üçün ziyarətçilərinə və oxucularına digər insanlar haqqında məlumat verməyi hədəfləyir. Kommersiya təşkilatı olmayan “İnsan Kitabxanası”nın təşkilatçıları layihənin məqsədinin “mədəni, dini, sosial və etnik fərqliliklər arasında daha əhatəli və uzlaşan icmalar qurmağa kömək etmək” olduğunu söyləyirlər. Burada təhlükəsiz bir mühitdə könüllülər ziyarətçilərə öz hekayələrini danışmağa […]
Adidas işlərinin pis getdiyini əsas gətirərək Reebok-u 2,5 milyard dollara Authentic Brands Group-a satıb. Şirkət Nike-la rəqabətə tab gətirmək üçün 2006-cı ildə 3,8 milyard dollara aldığı Reebok-u satdığını rəsmi elan edib. Satış prosesi 2022-ci ildə tamamlanacaq. Reebok-un yeni sahibi Authentic Brands Group bundan əvvəl Brooks Brothers, Aéropostale və Forever 21 kimi iflas etmiş şirkətləri də […]
2021 Emmy Mükafatına “Ən yaxşı reklam” kateqoriyasında Apple, Amazon, Beats və Nike kimi böyük markalar namizəddir. Həmin reklam çarxlarını təqdim edirik: – Apple AirPods Pro ‘Jump’ Agentlik: TBWA\Media Arts Lab İstehsalçı şirkət: Imperial Woodpecker – Apple Watch Series 6 ‘It Already Does That’ Agentlik: In-house İstehsalçı şirkət: MJZ – Amazon ‘Alexa’s Body’ Agentlik: Lucky Generals İstehsalçı şirkət: […]
Apple istifadəçiləri üçün məhsullarını tez-tez yeniləyir və modernləşdirir. Şirkətin elə ən böyük özəlliklərindən biri də modernliyi ön planda tutmasıdır. Bu ay Apple-ın mərkəzi evi Cupertino 7 parlaq rəngdə yeni iMac-lərin təqdimatını edib. Təqdimat video çarxında bir detal diqqəti çəkib. Yayımlanan reklam çarxının sonunda Apple-ın 1970-ci illərdə istifadə etdiyi göyqurşağı rənglərində loqosu görünür. Loqoda bəzi fəyişikliklər […]
Dünyada kirliliyi azaltmaq üçün yeyiləbilən bokallar istehsal edən Asahi Breweries pivə markası eyni zamanda plastik tullantıları və plastik istifadəsini minimuma endirməyə çalışır. Modu adını verdikləri bu bokalları pivəni içdikdən onra yemək olar. Yüksək temperatur və təzyiqdə katrtof nişastasından hazırlanan bokallar içində maye saxlayacaq qədər dözümlüdürlər. Təkcə içki yox desert formalı yeməklərin də servis ediləbiləcəyi müxtəlif […]
Telegram sosial şəbəkəsi səsli söhbət funksiyasını dekabr 2020-də istifadəyə vermişdi. Bugünlərdə isə şəbəkə səsli söhbətlər funksiyasını kanallar üçün də aktiv edib. Səsli söhbət kanallarında dinləyici sayında limit yoxdur. Telegram öz bloqunda bu barədə məlumat paylaşıb. Bu funksiya ilə kanallar və ümumi qrupların idarə edənlər milyonlarla dinləyiisi olan səsli söhbətlər təşkil edə biləcəklər. Bu funksiya 21-ci […]
Lüks istehlak markalarından olan Gucci öz təqlidlərindən belə ucuz qiymətə idman ayaqqabısı satışa çıxarıb. Görünüşcə markanın digər məhsullarından fərqlənməyən ayaqqabını heç vaxt geymək mümkün deyil. Yaradıcı direktor Alessandro Michele-in dizyn etdiyi bu ayaqqabı yalnızca rəqəmsal aləmdə mövcuddur. Gucci-nin tətbiqində 11.99 ABŞ dollarına satılan ayaqqabını alıcılar artırılmış gerçəklik vasitəsilə ayaqlarında görə bilirlər və komputer oyunlarında qəhrəmanları […]