Toyota şirkətinin hidrogen əsaslı yanacaq ilə çalışan nəqliyyat vasitəsi Mirai, dolu yanacaq çəni ilə ən uzun məsafəni qət edən hidrogen yanacaqlı avtomobil olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Kaliforniyada gerçəkləşdirilən sınaqda avtomobilin çəni 5 dəqiqəyə dolub və Mirai, 1360 km yol qət edərək rekord qırıb. Səfər zamanı avtomobildən ayrılan yalnızca su buxarı olub və avtomobil həm də 0 emisiya ilə rekordu qırmağı bacarıb.
Avtomobili peşəkar sürücülər Wayne Gerdes və Bob Winger idarə edib. Toyota Texniki Mərkəzindən başlayan səfər başlanğıc nöqtəsinə geri dönmək şərtilə 2 günə tamamlanıb. Birinci gün 760 km, ikinci gün isə 600 km yol gedilib.