Son dövrlər dünya üzrə 100 milyondan çox insanın izlədiyi Squid Game serialı yayımlandığı platforma – Netflix-in abunə sayının artmasına səbəb olub.
17 sentyabr 2021-də Netflix-də yayıma çıxan Squid Game-i 142 milyon abunə izləyib. Üstəlik serial 94 ölkədə izlənmə sayına görə platformanın 1 nömrəli serialı olub.
Netflix-in açıqlamasına görə bu serialın yayımı sayəsində artan abunə sayı 4.4 milyona barəbərdir. Ümumi Netflix abunələrinin sayı isə 213,6 milyon nəfərə çatıb.