Gucci rəqəmsal idman ayaqqabılarını satışa çıxarıb

Lüks istehlak markalarından olan Gucci öz təqlidlərindən belə ucuz qiymətə idman ayaqqabısı satışa çıxarıb. Görünüşcə markanın digər məhsullarından fərqlənməyən ayaqqabını heç vaxt geymək mümkün deyil. Yaradıcı direktor Alessandro Michele-in dizyn etdiyi bu ayaqqabı yalnızca rəqəmsal aləmdə mövcuddur.

Gucci-nin tətbiqində 11.99 ABŞ dollarına satılan ayaqqabını alıcılar artırılmış gerçəklik vasitəsilə ayaqlarında görə bilirlər və komputer oyunlarında qəhrəmanları geyə bilər.