Birinci Dünya Müharibəsində amerikalı psixoloq Edward Thorndike komandirlər arasında onlara tabe olan əsgərlər barədə araşdırma sorğu aparıb.
Araşdırma nəticəsində məlum olub ki, komandirlər yaraşıqlı və sağlam görünüşlü əsgərlərinin digərlərindən daha üstün, bacarıqlı, ağıllı, disiplinli, fədakar olduğunu düşünür.
Komandirlərin əsgərlərinin xarici görünüşündən təsirlənib onlarda olmayan müsbət xüsusiyyətləri onlara yaraşdırmağına Thorndike Halo effekti adını verib.
Halo effekti gündəlik həyatda qarşılaşdığımız hissdir. Hər kəs yaraşıqlı insanların digərlərindən daha ağıllı və bacarıqlı olduğu yanılmasını yaşayıb.
İnsanın bu təməl hissi istehlak davranışlarında və marka seçimində də özünü göstərir. Əksər insanlar hər hansı markanın bir özəlliyini bəyəndikdə onun digər bütün özəlliklərinə dair də müsbət fikirdə olur. Bənzər formada, insanlar ən çox satılan markaların bütün özəlliklərinin üstün olduğunu düşünürlər. Buna görə də markalar reklamlarında adətən bircə üstün özəllikləri barədə məlumat verməyin tərəfdarıdırlar. Çünki tək bir özəllik insanları razı salarsa, istehlakçılar digər müsbət cəhətləri də o markaya aid etməyə başlayacaqlar.