Türkiyəli marketoloq Temel Aksoy həvəskarları peşəkarlardan fərqləndirən bir neçə bənddən ibarət siyahı təqdim edib. Bu siyahıya baxıb həvəskar yoxsa peşəkar olduğunuzu özünüz təyin edin.
- Həvəskarlar hədəfə çatıb dayanırlar; Peşəkarlar üçün isə hər uğur yeni başlanğıcdır.
- Həvəskarların hədəfləri var; Peşəkar üçün keçilməli olan proseslər var.
- Həvəskarlar hər mövzuda bilikli olduqlarını düşünürlər; Peşəkarlar hansı mövzuya hakim olduqlarını, hansı mövzular barədə məlumatsız olduqlarının fərqində olurlar.
- Həvəskarlar tənqidi öz şəxsinə qarşı hücun kimi qiymətləndirir; Peşəkarlar zəif tərəfləri olduğunu bilir və tənqidi dəyərləndirirlər.
- Həvəskarlar bir dəfə bacardıqda özlərini bacarıqlı sanırlar Peşəkarlar üçün isə eyni işi hər dəfə bacarmaq lazımdır.
- Həvəskarlar çətinliklərlə qarşılaşdıqda hədəflərindən vaz keçirlər; Peşəkarlar çətinliklərə mükəmməlliyə gedən yolun dayanacaqları kimi baxırlar.
- Həvəskarlar zəif tərəflərini inkişaf etdirmək üçün çalışır; Peşəkarlar güclü tərəflərini inkişaf etdirir, zəif olduqları sahənin güclüləri ilə əməkdaşlıq edirlər.
- Həvəskarar haqqlı çıxmaq üçün çalışırlar; Peşəkarlar isə ən yaxşı nəticəni əldə etmək üçün çalışırlar.
- Həvəskarlar məsuliyyətdən yayınmaq üçün qrup halında qərar qəbul etməyin tərəfdarıdı; Peşəkarlar fərdi qərarlar verir, məsuliyyəti üzərlərinə götürürlər.
- Həvəskarlar qorxu və təlaşla davanır; Peşəkarlar isə təmkin və əminliklə davranırlar.