Ən çox kripto valyuta istifadə edən ölkələrin siyahısı

Dünya İqtisadi Forumu (World Economic Forum) ən çox kripto valyuta istifadə edən ölkələrin siyahısını açıqlayıb.

Son dövrlərdə Bitcoin başda olmaqla kripto valyutaların yüksək dəyər qazanması hər kəsin diqqətini cəlb edib. Elə bu vaxt Dünya İqtisadi Forumunun açıqlaması kripto valyutaya ölkələrin münasibətini anlamağa kömək olub.

Belə ki, siyahıda ilk yerdə Nigeriya yer alır. Nigeriya əhalisinin 33%-i kripto valyuta istifadə edir.  Siyahıda yer alan ilk beş ölkənin ardıcıllığı isə belədir:

  • Nigeriya
  • Vyetnam
  • Filippin
  • Türkiyə
  • Peru

Türkiyədə siyahıda dördüncü olsa da Avropada birinci yerdədir. Avropa ölkələrinin kripto valyutaya maraq göstərməməsinə dövlət səviyyəsində edilən açıqlamarın təsir etdiyi düşünülür. Türkiyədən sonra siyahıda 11% istifadəylə İsveçrə və Yunanıstan gəlir.

74 ölkə arasında aparılan arşdırmada ən az kripto valyuta istifadə edən ölkələr isə 4% istifadə ilə Yaponiya və Danimarka olub.