Film tövsiyəmiz: The Bang Bang Club

Steven Silver-in 2010-cu il istehsalı filmi The Bang Bang Club mediaya maraq göstərən hər kəs üçün dərslik rolunu oynayır.

Greg Marinovich and João Silva-nın ortaq kitabı The Bang-Bang Club: Snapshots from a Hidden War əsasında lentə alınan film ilk dəfə Toronto Beynəlxalq Film Festivalında nümayiş olunub.

Filmdə Cənubi Afrikada daxili münaqişələri işıqlandıran dörd dost jurnalistin fəaliyyətindən bəhs edilir.

Filmin ən önəmli hissəsi isə Jurnalistika Etikası-na aiddir. Bildiyiniz kimi jurnalist hadisələrə müdaxilə edə bilməz, lakin ölüm ayağında olan bir uşağı xilas etməlidirmi? Bu müzakirə illərdir davam edir və yanaşmalar fərqlidir.

Siz də filmi izləməklə özünüzü sınayın, qəhrəmanların yerində olsaydınız, bir jurnalist kimi siz necə davaranardınız?