Zoom-da iştirakçıları yoxlama dövrü başlayır

Zoom yeni funksiyası ilə görüşlərdə iştirak etməyənlər barədə bildiriş göndərəcək.

Tətbiqin yeni funksiyası “Attendance Status” Google və Microsoft-un təqvimləri ilə inteqrasiya olunmuş şəkildə işləyəcək. İclasda olmayan insanlar barədə xəbər verən bu funksiya kimin gecikdiyini də göstərəcək. Bu xüsusiyyətlərə əlavə olaraq göndərilən dəvətlərin qəbulu və rədd edilməsi statusu da görünəcək. Bu funksiya ilə yanaşı görüşü qəbul edən və başqa hesabdan görüşə qoşulan şəxslər iştirak etməmiş kimi göstəriləcək. Pazarlamasyon xəbər verir ki, funksiyanın aktiv olması üçün administratorlar Google Calendar və Outlook Calendar proqramlarını və Zoom-un “Attendance Status” funksiyasını inteqrasiya etməlidirlər.