İctimaiyyətlə Əlaqələrin məqsədi və hədəfləri

İctimaiyyətlə Əlaqələrin əsas məqsədi şirkət ilə onun xarici və daxili hədəf auditoriyası arasında hərtərəfli və effektiv kommunikasiya sistemi yaratmaqdır.

Bu məqsədə nail olmaq üçün aşağıdakı hədəflər qoyulur:

– Qurumun korporativ tərzinin və fərdi imicinin yaradılması;
– Korporativ mədəniyyətin formalaşdırılması;
– Xarici və daxili auditoriya ilə müsbət və qarşılıqlı faydalı əlaqələrin yaradılmasına yönəlmiş müvafiq kommunikasiya vasitələri və metodlarından müntəzəm istifadə;
– Qurum haqqında zəruri və müsbət məlumatların müntəzəm yayılmasına mane olan maneələrin aradan qaldırılması, o cümlədən şayiələrin və yalan məlumatların istisna edilməsi;
– Konkret məqsədlərə nail olmaq üçün PR kampaniyalarının həyata keçirilməsi;
– Reputasiyanın formalaşdırılması və möhkəmləndirilməsi;
– Qurumun geniş auditoriya, eləcə də biznes ictimaiyyəti arasında nüfuzunun və statusunun artırılması;
– Böhran kommunikasiyasının hazırlanması və həyata keçirilməsi;
– Onlayn və oflayn mühitdə əlverişli informasiya sahəsinin yaradılması;
– Qurumlararası effektiv kommunikasiyaların yaradılması.

PR fəaliyyətinin istiqamətləri qurumun fəaliyyət sahəsindən və miqyasından, inkişaf mərhələsindən, hədəf auditoriyanın xüsusiyyətlərindən və mövcud coğrafiyadan asılıdır.

Mənbə: prstudent.ru