Kitab tövsiyəmiz: Crippled America: How to Make America Great Again

Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti Donald John Trumpın 2015-ci ildə nəşr olunan kitabı Crippled America: How to Make America Great Again (Yenidən böyük Amerika) siyasətçinin ölkənin gələcəyinə baxışını əks etdirir.  Tramp ABŞ üçün niyə təsirli lideri olacağını bu kitabla izah edir.  2015-ci ilə qədər ABŞ-ın son 20 ilinə nəzər salan müəllif ölkənin tənəzzülündə siyasətçilərin, xüsusi maraq qruplarının və lobbiçilərin günahkar olduğunu iddia edir.

ABŞ-da daxili siyasətdən bəhs edən kitabı Tramp immiqrasiya, səhiyyə, iqtisadiyyat, təhsil, sosial proqramlar və enerji ilə bağlı fəsillərə bölüb. Kitabla Tramp müxalifətə onun qanuni siyasi mövqeyə malik olduğunu nümayiş etdirir və respublikaçıları onun qatı mühafizəkar olduğuna inandırmağa çalışır.

Seçki kampaniyası dövründə yayımlandığına görə kitab kütləyə xitab, PR və kommunikasiya baxımından önəmlidir.