Danimarkada yeni istifadəyə verilən “İnsan Kitabxanası”, ayrı-seçkiliyi və sosial stereotipləri azaltmaq üçün ziyarətçilərinə və oxucularına digər insanlar haqqında məlumat verməyi hədəfləyir.
Kommersiya təşkilatı olmayan “İnsan Kitabxanası”nın təşkilatçıları layihənin məqsədinin “mədəni, dini, sosial və etnik fərqliliklər arasında daha əhatəli və uzlaşan icmalar qurmağa kömək etmək” olduğunu söyləyirlər. Burada təhlükəsiz bir mühitdə könüllülər ziyarətçilərə öz hekayələrini danışmağa dəvət olunur.
“İnsan kitabxanası” adi kitabxanaya çox bənzəyir, mövzular və kateqoriyalar üzrə həmsöhbət tapmaq mümkündür. Kitabla müqayisədə burada hekayələrini və təcrübələrini bölüşən insanlardan suallar soruşmaq, cavablar əldə etmək imkanı olur.
Türkiyənin marketinq yazarı Aysu Özışık, “İnsan Kitabxanası” nın dialoq yolu ilə stereotiplərə meydan oxuya biləcək söhbətlərlə müsbət çərçivə yaratmaq üçün hazırlandığını yazır. Bura çətin sualların gözlənildiyi, təqdir edildiyi və cavablandırıldığı yerdir. Kitabxana müxtəlif “kitabları oxumaq” və öz hekayəni səndən fərqli olanlara danışmaq istəyən insanlar üçün yaxşı imkandır.