Apple ikonik göyqurşağı loqosuna qayıdır

Apple istifadəçiləri üçün məhsullarını tez-tez yeniləyir və modernləşdirir. Şirkətin elə ən böyük özəlliklərindən biri də modernliyi ön planda tutmasıdır. Bu ay Apple-ın mərkəzi evi Cupertino 7 parlaq rəngdə yeni iMac-lərin təqdimatını edib. Təqdimat video çarxında bir detal diqqəti çəkib.

Yayımlanan reklam çarxının sonunda Apple-ın 1970-ci illərdə istifadə etdiyi göyqurşağı rənglərində loqosu görünür. Loqoda bəzi fəyişikliklər edilib, parlaq rənglərin yerini daha mat rənglər tutub. Creative Bloq-un xəbərinə görə, loqoda yaşıl, narıncı və mavi rənglər geri plana çəkilib. Bütün dövrlərin ən ikonik loqolarından olan göyqurşağı rənglərində Apple loqosu barədə artıq istifadəçilərin müsbət rəylərini görmək mümkündür.

Qeyd edək ki, yeni iMac-lər də 7 rəngdə istehsal edilib.