Kitab Tövsiyəmiz: Influence. The psychology of persuasion

Marketinq və reklam sahəsi üçün vacib bacarıqlar arasında inandırma bacarığı mühüm rol oynayır. Çünki, fikrin ortaya çıxmasından həyata keçirilməsinə, qurulmasından inkişafına qədər hər mərhələdə inandırmaq bacarığına ehtiyac var. Məhz elə, Robert Cialdini yazdığı Influence – İnandırma Psixologiyası kitabı təkcə çalışdığınız müəssisədə deyil, həyatınızın (iş, məktəb, ictimai həyat) hər istiqamətində inandırma qabiliyyətinizi inkişaf etdirəcək.
İnandırma mövzusunda klassik kitab olan İnfluence üç milyondan çox nüsxədə satılıb və otuz dilə tərcümə edilib. Kitab New York Times-ın Bestseller siyahısına düşüb və Fortune “75 ən ağıllı iş kitabı” siyahısına salınıb.
Bu kitabda 6 əsas prinsip araşdırılıb:
Qarşılıq
Öhdəlik və ardıcıllıq
Sosial Sübut
Səlahiyyət
Bəyənmə
Qıtlıq
Kitabı oxumaqla Siz 6 universal prinsipi, bacarıqlı inandıran olmaq üçün bunlardan necə istifadə edəcəyinizi və onlara qarşı özünüzü necə müdafiə edəcəyinizi öyrənəcəksiniz. Kitab sizi dərin fərdi dəyişikliyə aparacaq və müvəffəqiyyətiniz üçün hərəkətverici qüvvə rolunu oynayacaq.