Üz-üzə kommunikasiyanın effektivliyi

Üz-üzə kommunikasiya yaxşı münasibətlər və insanlarla şəxsən əlaqə qurmaq üçün ən yaxşı imkandır.
Qısa ünsiyyət asandır, lakin qarşınızdakının cavablarını diqqətlə dinləməlisiniz. Cavablar sizə həmin şəxsin maraqları və dəyərləri barədə çox şey öyrədir, ən əsası onunla ünsiyyətdə hansı dili işlədəcəyinizi müəyyənləşdirməyə kömək edir.
Mindtools.com yazır ki, bəzən üz-üzə kommunikasiyada sizi “tələ”yə düşürə bilərlər. Sizə cavabını bilmədiyinz sual verə və ya həmin anda kimisə vəziyyətdən çıxarmalı olarsınız. Belə olan halda sualın təkrarlanmasını istəyə bilərsiniz, bu sizə birazca vaxt qazandıracaq. Sualı xüsusiləşdirməyə çalışın, məsələn: “Siz müştərilərə təsiri soruşursunuz? Burda söhbət məhsulun əlçatanlığından gedir yoxsa mağazalarımızda oaln xidmətdən”.  Jarqon və ya terminalogiya sizin üçün qaranlıq qala bilər, rahat formada izah və aydınlıq istəyə bilərsiniz. Belə vəziyyətdə danışarkən nitqinizdən “eee”, “aaa”kimi prazit səsləri tamamilə yığışdırın, özünüzə əmin formada səlis danışın. Əks halda həmin parazitlər sizin danışığınıza şübhə yaradacaq.
Hələ danışığınızdan çox əvvəl xarici görünüşünüz və bədən dilinizlə ünsiyyət qurduğunuzu da unutmayın. Yaxşı və təsirli ilk təəssürat yaratmaq vacibdir. Əslində, insanlar hisslərindən və emosiyalarından danışarkən mesajlarının şifahi hissəsi bütövlükdə yeddi faiz təşkil edir. Qalan hissə jest, mimikalar və bədən dilinin öhdəsinə düşür.
Üz-üzə kommunikasiyanın daha effektiv olması üçün aşağıdakılar yerinə yetirilməlidir:
Planlaşdırılmış və hazırlıqlı olduğunuz görüşlər;
İnsanları düzgün istiqamətləndirə bilmək;
Görüşün dinamikasını idarə etmək;
Əsas məqamları səmərəli şəkildə qeyd etmək;
Görüşdən sonra həmsöhbətlərinizin nəyi necə edəcəyini aydın anladıqlarına əmin olun.