Film Tövsiyəmiz: Hotel Rwanda

Real hadisələrə əsaslanan Hotel Rwanda filmi etnik münaqişədən bəhs edir.
2005-ci ildə işıq üzü görən filmin rejissoru Terry George, baş rol aktyorları isə  Don Cheadle, Joaquin Phoenix, Nick Nolte kimi aktyorlardır. Film münaqişə zamanı insanları xilas etməyə çalışan hotel müdirinə fokuslansa da, filmdə media işçilərinin diqqət etməli olduqları çox məqam var.
Filmin əvvəlində radio aparıcısının digər etnik qrup haqqında səsləndirdiyi alçaldıcı fikirlərlə münaqişə alovlanır. Buradan çıxarılmalı olan dərs odur ki, istənilən media işçisi dediyi hər bir sözə görə məsuliyyət daşımalıdır. Sizi heç kəsin görmədiyi kompüter arxasında və ya radio otaqda digər insanlar və ya məsələlər barədə ictimailəşdirdiyiniz fikirlər zərərli ola bilər.