PR gec kəşf edilsə, fənn kimi dərsliklərə gec düşsə də, həmişə marketinqin daxilində önəmli yer tutub. Lakin, zaman keçdikcə insanlar reklamları keçilə bilən, bloklana bilən texnologiyalarla həyatlarından çıxardıqca, PR-ın önəmi daha da artdı və mərkəzi mərhləyə keçə bildi.
Sən də öz karyeranı PR sahəsində görürsən? Bəs sənin bacarıqların və xüsusiyyətlərin bu sahəyə uyğundurmu?
PRdailiy.com-un təqdim etdiyi 6 əlamət səndə varsa, deməli sənin yerin PR-dır.
1. Daima telefonuna baxırsansa.
Candy Crush-ı unut – əksər PR mütəxəssisləri elektron poçtlarını yoxlamaq, jurnalistin və ya müştərinin və ya sosial media izləyicilərinin suallarını cavablandırmaq üçün daim telefonlarını yoxlayır, telefonlarına baxırlar. PR səhər 9 – axşam 6 işi deyil, xüsusilə sən PR kampaniya həyata keçirirsənsə, bu kampaniya sosial media üzərindən aparılırsa 24/7 hesablarını yoxlamalı, gedişatdan xəbərdar olmalısan. Sevimli Televiziya Şou-sunu yarıda qoyub, cəld sənə yönələn suallara, fikirlərə münasibət bildirir, telefonuna köklənə bilirsənsə, sən PR-a uyğunsan.
2. Deadline-dan öncə işi bitirməyi bacarırsansa.
PR mütəxəssislər daim özəlrini təzyiq altında hiss edirlər. Müştərilər və rəhbərlik daim işi və nəticəni tez görmək istəyir. Peşəkar PR-çı təzyiq altında təslim olmur, əskinə problemlərin həllinə, yeni ideyaların tapılmasına, media və ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə motivasiyalı olurlar.
3. Münasibət qurmağın ustasısansa.
4. Detallara fokuslanırsansa.
PR-çılar kampaniyaların ölçüləbilən hədəflərini və məqsədini təyin edir. Mətbuat konfranslarında reportyorlara lazımı informasiyanın ötürülməsini və çəkiliş avadanlıqlarının məqsədyönlü işləməsini təmin edir. PR mütəxəssislər bilir ki, böyük uğur üçün kiçik detallar önəmlidir.
5. Yaxşı yazırsansa.
Sən Şekspir, Folkner olmaya bilərsən, lakin Pr mütəxəssisin düzgün nitqi və yazı qabiliyyəti ona güniş imkanlar və yeni müştərilər qazandırır. Yaxşı yazı qabiliyyəti sənin media və sosial media ilə münasibətlərini möhkəmlədir. Sən bu bacarığınla peşəkar bloqlarda yaza və özünü tanıda bilərsən. Bu bacarıq həm də müştəri üçün brand jurnalistika yazıları yazmağına imkan yaradır.
6. İmtinanı qəbul edirsənsə.
PR sahəsində işləmək istəyən insan gərək “Yox” sözünə öyrəşsin və bunu qəbul etsin. PR-çıdan imtina etmək, əslində onun təqdimatından ya da hazırladığı ideyadan imtina etməkdir. PR-çının parlaq ideyaları nəticə verməyəndə və kampaniya uğurlu alınmayanda da “Yox” eşidirlər. Sən də “Yox” sözünü daha yaxşısını etmək üçün motivasiya hesab edirsənsə, PR-da ola bilərsən.