Film tövsiyəmiz: The Founder

Kiçik ama məhsuldar burger restoranı olan McDonald’s’ı kəşf edən və onu fast-food imperatorluğuna çevirən 52 yaşlı milkshake maşını satan Ray Kroc-un həyatından və biznes yanaşmasından bəhs edən “The Founder” filmi marketinqə marağı olanlar üçün vəsaitdir. Uğura gedən yol və əxlaq məsələləri arasındakı incə cizgini göstərən boqrafik dram John Lee Hancock-un rejissorluğu ilə ərsəyə gəlib.