Adidas Reebok-u satdı

Adidas işlərinin pis getdiyini əsas gətirərək Reebok-u 2,5 milyard dollara Authentic Brands Group-a satıb.

Şirkət Nike-la rəqabətə tab gətirmək üçün 2006-cı ildə 3,8 milyard dollara aldığı Reebok-u satdığını rəsmi elan edib. Satış prosesi 2022-ci ildə tamamlanacaq.

Reebok-un yeni sahibi Authentic Brands Group bundan əvvəl Brooks Brothers, Aéropostale və Forever 21 kimi iflas etmiş şirkətləri də özündə birləşdirib.