Facebook yalan məlumatları silib

Facebook şirkəti ikinci kvartalda COVID-19 pandemiyası ilə əlaqədar yayılan 7 milyon yalan məlumatı silib.

Pandemiya ilə əlaqədar şirkət işçilərinin əksəriyyəti evdən işləyirlər, buna görə də məzmunların idarə olunmasında Facebook texnologiyalara etibar etməli olub.

Facebook rəsmiləri bildirib ki: “Bu gün məzmuna nəzarət işində texnologiya daha da təkmilləşir, lakin hələ də insan əməyinə və nəzarətinə ehtiyac duyulan sahələr var. Biz insan əməyindən məzmuna nəzarətlə yanaşı, texnologiyanın faydalılığını da ölçmək üçün istifadə edəcəyik”.

Sostav.ru xəbər verir ki, şirkət bundan əvvəl birinci kvartalda 9,6 milyon yalan məlumatı silib.