Jarqonlar, klişelər və həddindən artıq istifadə olunan ifadələr hər gün mail qutumuzu doldurur və ekranlarımızdan həyatımıza daşır. COVID – 19 da öz növbəsində həyatımıza yeni klişelər qazandırdı.
Inspire PR Group-un prezidenti Hinda Mitchell deyir ki: “Pandemiya dövründə bəzi standart ifadələrin həddən artıq istifadə olunduğu artıq sənədləşdirilib. Problem ondadır ki, insanlar bundan yorulurlar. Gün ərzində 16 ədəd mail gəlirsə, hər biri təxminən “Sağlamlıq və təhlükəsizlik bizim prioritetimizdir” yaxud “Bu çətin/gözlənilməz günlərdə…” ifadələri ilə başlayır. Bu isə öz növbəsində oxucunu itirməyə səbəb olur”.
PR mütəxəssislər düzgün kommunikasiya qurmağın və bunun əsas hissələrindən biri düzgün mətn yazmağın yolunu bilmədən istədikləri yerə gələ bilməzlər.
“Mənalı yazı, inandırıcı kontent üçün maraqlı yanaşma və orijinal düşünmə tərzi lazımdır.. Hazırda elektron məktublar sahəsində PR-çılara təzyiq var. İşlərin onlayn müstəvidə aparıldığı bu günlərdə “Filan brend istehlakçılarına elektron məktubla müraciət edib, biz də edək” tələbi formalaşıb. PR-çı isə həmin məktubun tərzini öz yazısında əks etdirir və beləliklə dövrə başlanır” – Mitchell deyir.
Jonathan Rick Group-un yaradıcısı Jonathan Rick isə bildirir ki: “Böyük yazarlar oxucunu təəccübləndirmək, sevindirmək və mətndəki mənanı vurğulamaq üçün oxucuların mətnə dair gözləntilərini dağıdırlar. Pis yazarlar isə bunun əksini edir – klişelərə baş vurur. Bu, daha asandır. Belə yazıçı üçün dərin düşünmək lazım gəlmir, sadəcə ağlına ilk gələn ifadələri yazmağa başla və mətnin hazırdır”.
Biznes mühitində ola bilər ki, PR-çılar da yorulur və yeni nəsə düşünmək əvəzinə, onlara tanış ifadələrdən istifadə edərək işlərini asanlaşdırırlar.
Yaxşı kommunikasiya mütəxəssisləri və yazarlar ətraflarında istifadə olunan klişeləri araşdırmalı və fərqində olmalıdır. Kommunikasiya mütəxəssislərinin məqalələrdə və press-relizlərdə COVID – 19 ilə əlaqədar istifadə olunmaqdan yorulan ifadələrə yenidən müraciət etməsi yaxşı deyil. O klişelərin hansılar olduğunu bilməli və onların istifadəsindən tamamilə imtina etməlisiniz. Bacardığınız qədər yazınızda yeni ifadələrə yer verin. Bu sizi oxunaqlı edəcək, ötürmək istədiyiniz informasiya hədəfə çatacaq.
Mənbə: prnewsonline.com