Onlayn müsahibələrin önəmi artır

Son vaxtlar pandemiya, fiziki məsafə, səyahət qadağası, evdə qalmaq, onlayn təhsil kimi terminlər həyatımıza daxil olub. Bunlarla yanaşı, şirkətlərə vaxt və maliyyə cəhətdən sərfəli olan onlayn müsahibələr də önəmini artırıb.  

Texnologiya dövründə yaşayırıq, şirkətlər də bacardıqları qədər rəqəmsallaşmağa çalışırlar. Bu günlərdə isə rəqəmsallaşmağa ehtiyac daha da artır.

İş müsahibələrinə gedərkən namizədlər nəqliyyat və vaxt məsələsini həl letməli, hazırda çalışdıqları iş yerindən icazə almalı olur, üstəlik, proqnozlaşdırıla bilməyən səbəblərdən müsahibənin ləğvi də namizədin motivasiyasını aşağı salır. Müsahibələr şəhərlərarası həyata keçirilirsə, bu narahatlıqlar və səfər üçün lazım olan maliyyə məsələləri namizədlərə daha da çətin gəlir.

Onlayn müsahibələrdə isə bütün bu narahatlıqlar aradan qalxır. Namizəd özünə inamlı olur, stressdən və problemlərdən uzaq qalır, beləliklə, müsahibə vaxtı özünü daha yaxşı ifadə edir.  Bu hal pandemiya dövründə daha çox gözəçarpdı və şirkətlər də onlayn müsahibələrin effektivliyinə əmin oldu.

Onlayn müsahibələr həm də onu göstərir ki, yaxın vaxtlarda İnsan Resursları bölmələrinin işninin böyük hissəsi rəqəmsallaşacaq.

Mənbə: Brandingturkiye.com