Film Kambocaya ezam olunan fotoqraf Sydney və onun dostu, New York Times-ın yerli müxbiri Dith-dən bəhs edir. Kambocada davam edən vətəndaş müharibəsini işıqlandıran iki dost çətin vəziyyətlərə düşür və onlardan biri əsir götürülür. Onlar azadlığa gedən yolun izini əsla itirmirlər.
Film müharibə və münaqişə zonlarında fəaliyyət göstərən jurnalistlər üçün nümunəvi filmlərdəndir. Amerikan kino sənətinin şah əsərlərindən olan film, 1984-cü ilin istehsalıdır. Filmin rejissoru Roland Joffé-dir.