Siyasi kommunikasiya vətəndaşlar, rəsmilər, siyasi institutlar və onlarla əlaqəli qurumlar, həmçinin media nümayəndələri arasında fikir mübadiləsinin yaranmasını təmin edir. Yerli, dövlət, milli və beynəlxalq siyasi sistemlərdəki siyasi proses boyunca danışıqlar, həmçinin siyasi məqsədlərə çatmaq üçün bu növ kommunikasiyadan istifadə edilir.
Siyasi kommunikasiyanın təməlində siyasi qurumlar və ya şəxslərlə vətəndaşlar arasında düzgün dialoqun qurulması durur. Bu, sosial elmləri, strateji kommunikasiyanı, media biliklərini siyasət və dövlətlə birləşdirən sahədir. Siyasi kommunikasiya siyasi prosesə təsir göstərə biləcək mesajlar yaratmağa, formalaşdırmağa və yaymağa kömək edir. Siyasi mesajın ötürülmə formalarına canlı ünsiyyət, sosial və onlayn media, televiziya və radio, namizədlə seçicilər arasında görüşlər, siyasi araşdırmalar, press-relizlər və digərləri aiddir.
Siyasi kommunikasiya üçün mesajların məzmunu əvvəlcədən təyin edilməli, düzgün kanallar seçilməli və mesajların cəmiyyətə bağışladığı təsir ölçülməlidir.
Əlbəttə, unutmamalıyıq ki, siyasi uğur rəqbət, hazırlıq, imic və sair kimi bir çox amildən asılıdır. Bütün bunlarla yanaşı siyasi kommunikasiya da düzgün aparıldıqda hadisələrin gedişatına təsir etmək mümkün olur.
Mənbə:
mastersincommunications.com
thinkingheads.com