PR Etikası

PR elə sahədir ki, burada bəzən yalan danışmalı, rəqiblərinin sirrlərini öyrənməyə çalışmalı, kobud davranmalı, hətta plagiata əl atmalı olursan. Lakin, bütün digər sahələr kimi PR-ın da iş etikası var. Düzdür, bunlar ümumi müddəalardır və Siz özünüz işlədiyiniz müxtəlif mövzu üzərində bu prinsipləri tətbiq etməlisiniz.

Amerikanın İctimaiyyətlə Əlaqələr Cəmiyyəti  (PRSA) PR etikası əsaslarını hazırlayıblar. Communication Academy PR Etikasının əsaslarını təqdim edir:

Vəkillik 

Biz təmsil etdiyimiz qurumun məsuliyyətli vəkilləri olaraq cəmiyyətin maraqlarına xidmət edirik. Biz ictimai müzakirəyə səbəb olacaq informasiyanı təmin etmək üçün ideya, fakt və nəzər nöqtəsi bazarının səsini cəmiyyətə çatdırırıq.

Vicdan 

Biz dəqiqliyin və həqiqətin ən yüksək standartını dəstəkləyərək təmsil etdiyimiz qurumun maraqlarını qoruyur və cəmiyyətlə kommunikasiyasını təmin edirik.

Peşəkarlıq 

Biz ixtisaslaşmış bilik və təcrübəyə yiyələnib, bunu işimizə məsuliyyətlə tətbiq edirik. Biz işimizi daimi peşəkar inkişaf, araşdırma və təhsillə görürük. Biz müxtəlif qrurumlarla cəmiyyəti arasında qarşılıqlı anlayış, etibarlılıq və münasibət qururuq.

Müstəqillik 

Təmsil etdiyimiz qurumlara obyektiv məsləhət veririk. Biz davranışımıza görə məsuliyyət daşıyırıq.

Sadiqlik 

İctimai marağa xidmət etmək vəzifəmizi yerinə yetirərkən təmsil etdiyimiz quruma sadiq oluruq.

Ədalət 

Biz müştərilər, əməkdaşlar, rəqiblər, təminatçılar və KİV-lərlə ədalətli münasibət qururuq. Biz bütün fikirlərə hörmətlə yanaşırıq və ifadə azadlığını tanıyırıq.