Jurnalistləri Müdafiə Komitəsinə görə müharibə zonasından xəbər çatdıran jurnalistlər təhlükəsiz qalmaq üçün bir neçə əsas addımı atmalıdırlar.
Münaqişəni işıqlandıran jurnalistlər üçün tövsiyələrə aşağıdakılar daxildir:
- Hazırlayacağınız hər materialdakı riskləri araşdırın.
- Planlama və münaqişə mühitində fəaliyyətə dair beynəlxalq xəbər təşkilatlarının ən yaxşı təcrübələrini əvvəlcədən öyrənin.
- Müharibə şəraiti və ilk yardım barədə təlimlərə qoşulun və bu barədə öyrənməyə davam edin.
- Hazırlayacağınız materiallara və qarşılaşacağınız şəraitə uyğun təhlükəsizlik, əlaqə və sığorta üçün şəxsi mühafizə vasitələriniz olsun, bəzi ölkələrə gedərkən şəxsi mühafizə vasitələrinizin müsadirə ediləcəyini nəzərə alın.
- İşə götürdüyünüz yerli jurnalistləri təhlükəsizlik vasitələri ilə təmin edin və onlara təlim keçin.
- Cihazlarınızda güclü parol və şifrələmə metodlarından istifadə edin.
- Şifrəli rabitə vasitələrindən istifadə edin.
- Rəqabət mühitində olsa belə təhlükəsizliyi təmin etmək üçün digər jurnalistlərlə əməkdaşlıq edin.