ABŞ-da çox yaxşı broker işi olan Ryan Turner (Charlie Sheen) milyonlar qazanır. Sevgilisi Cindy isə qəzetlərin birində köşə yazısı yazır və qadınlara münasibətlər barədə tövsiyələr verir.
Tale elə gətirir ki, Ryan bir müddət sonra müflisləşir və işsiz qalır. Vəziyyəti belə görən sevgilisi isə ondan ayrılır, qəzetdəki işini də tərk edir. Həyatını necə davam etdirəcəyini bilməyən Ryan bir gün Cindy-nin əvəzinə köşə yazıları yazmağa başlayır. Nəticədə, onun köşəsi çox böyük marağa səbəb olur və oxucu məktublarının ardı-arası kəsilmir.
Steve Rash-ın rejissoru olduğu film 2001-ci ildə nümayişə təqdim olunub, xronometrajı 93 dəqiqədir.