Film tövsiyəmiz: “Ready Player One”

 Steven Spielberq 2018-ci ildə istehsal etdiyi film insanların rəqəmsal dünyada öz kimliklərini tapma prosesini izləyiciyə təqdim edir. “Ready Player One” filmində yaxın gələcəkdə insanların real dünyadakı sıxıntılardan qaçmaq üçün OASIS adlı virtual reallığa sığınmalarını izləyirik. Gənc Wade Watts bu rəqəmsal dünyada özünü tapmağa çalışarkən böyük bir mirası qazanan ilk şəxs olmağa can atır. Film, texnologiyanın insan həyatına necə nüfuz etdiyini və virtual dünyanın insanların əlaqələrini necə dəyişdirdiyini araşdırır. Spielberg bu rəqəmsal inqilabı həyəcan dolu bir macəra ilə təqdim edir, izləyiciləri həm əyləndirir, həm də texnologiyanın gələcəyi ilə bağlı düşündürür.