Film tövsiyəmiz: Nightcrawler

Lou Bloom uğurlu karyera ardınca düşən gənc və iddialı operatordur. Bu məqsədlə o, gecələr şəhərdə baş verən cinayət hadisələrini bütün açıqlığı ilə lentə alır, lakin daha yaxşı görüntü əldə etmək üçün hadisə yerində dəyişikliklər etməkdən də çəkinmir. Qısa müddət sonra şəhərin qabaqcıl televiziya kanallarından birində gecə növbəsində işə başlayır.

Qəhrəmanın hadisələrə müdaxiləsi və reallığı dəyişdirməsi media etikası baxımından müzakirələrə səbəb olur.

Rejissor Dan Gilroy-un ilk uzunmetrajlı filmi olan Nightcrawler-də baş rolu Jake Gyllenhaal canlandırır.