Web developerliyə marağı olanlar və ya bu sahədə biliklərini təkmilləşdirmək istəyənlər Communication Academy-nin təşkil etdiyi “Proqramlaşdırma” kursuna müraciət edə bilər.

Kurs iştirakçılara PHP-nin 3 dərəcəsi üzrə və HTML/CSS üzrə istiqamətlərdə tədris planı təqdim edir. İştirakçılar istiqamətlərdən birini, bir neçəsini və ya hamısını seçərək, təlimə başlaya bilərlər.

Kurs müddətində PHP dərəcələri üzrə öyrədilənlər:

  • Sayt düzəltmənin əsasları
  • HTTP protokolu ilə iş – formalarPHP ilə tanışlıq
  • HTTP protokolu ilə iş – formalar
  • Saytların düzəldilməsi və MySQL ilə inteqrasiyası
  • MySQL verilənlər bazasının praktik istifadəsi: İnternet maqazinin yaradılması
  • PHP-də obyekt yönümlü proqramlaşdırma
  • PHP və XML. SAX, DOM, SimpleXML, XSLT genişlənmələri
  • Şəbəkə proqramlaşdırması

HTML və CSS təlimi isə 6 modul əsasında öyrədilir:

Modul 1. Salamlaşma. İlkin test. Giriş
Modul 2. PSD maketlə tanışlıq. Kodlaşmanın müzakirə edilməsi, səhifənin rezin/fiks ölçüsü, köhnə IE versiyaların dəstəyi.
Modul 3. Kodun tez yazılması üçün Emmet plagininin istifadəsi ilə saytın maketinin yaradılması.
Modul 4. Kodun zəif hissələrinin analiz edilməsi, ara suallara baxılması
Modul 5. Kodun tez yazılması üçün Emmet plagininin istifadəsi ilə saytın maketinin kodlaşması
Modul 6. Alınmış nəticələrin müzakirəsi, nəticələr üzrə məsləhətlər. Kodlaşmış səhifənin keyfiyyətinin analiz edilməsi. Nəticələr.

Dərsləri PHP üzrə Beynəlxalq ZCE (Zend Certified Engineer) və Certified Ethical Hacker seritifaktları ilə təltif olunmuş, PENTESTON layihəsinin həmtəsisçisi Rəşad Əliyev tədris edir.

Təcrübə mühitində keçən kursu uğurla bitirən tələbələrə sertifikat və tövsiyə məktubu təqdim edilir. Yüksək nəticə göstərən məzunlar müxtəlif qurumlarda təcrübəyə yönləndirilirlər.

Arzu edənlər CV – lərini contact@communicationacademy.az ünvanına göndərə bilərlər. CV-lər ilkin baxışdan keçdikdən sonra kursa qəbul müsahibə yolu ilə həyata keçiriləcək.

Son müraciət tarixi 31 may 2020-ci il.

Daha ətraflı məlumat üçün:
070 552 75 52

Kursa Yazılın