Uğurlu marka yaratmağın 8 yolu

Marka – məhsula, quruma, xidmətə, hadisəyə dair insanların zehnində formalaşan qavrayışdır. Marka yaratmaq isə insanların zehnində arzulanan qavramanı əldə edə bilmək üçün həyata keçirilən silsilə addımlar, fəaliyyətlərdir. İstehlakçılar arasında aparılan sorğuya görə insanların 59%-i tanıdığı markanın məhsullarından istifadəyə üstünlük verir.

Uğurlu marka yaratmağın yolları

Markalaşmağın da müəyyən qaydaları var. Bu qaydaları bilmək və istifadə etmək markalaşmaq yolunda sizə uğur qazandırar. Elə isə sizə uğurlu marka yaratmağın 8 yolunu təqdim edirik:

1- Markanızın hədəf kütləsini müəyyənləşdirin

Marka yaratmağın ən əsas tərəfi hədəf kütləni tanımaqdır. Marka olaraq kimlərə çatmaq istədiyinizi müəyyənləşdirin. Hədəf kütləniz kimlərdir, nə ilə maraqlanırlar, seçimlərində nəyə önəm verirlər – bunları bilmək sizə kömək edəcəkdir.

2- Markanızın hədəflərini müəyyənləşdirin

Sadə və anlaşılan formada markanızın hədəfini və məqsədini müəyyənləşdirin. Marka olaraq hədəfiniz nədir? Nə iş görürsünüz? Nə təklif edirsiniz? bunları bilməlisiniz. Seçdiyiniz loqo, sloqan, hazırladığınız kontent, sizi təmsil edən obraz, istifadə etdiyiniz səslər, ötürdüyünüz mesajlar məhz hədəfinizlə bağlı olmalıdır.

3- Markanızın rəqiblərdən fərqini müəyyənləşdirin

Sizi rəqiblərinizdən fərqləndirəcək bir neçə xüsusiyyət, özəllik olmalıdır. Bunların nə olduğunu qərarlaşdırın. Daha sonra fəaliyyətinizdə bunları vurğulayın.

4- Marka mesajını və dilini müəyyənləşdirin

Özəlliklərinizi və xidmətlərinizi müəyyənləşdirin. Sizi digərlərindən ayıran özəlliklərinizi və əks etdirmək istədiklərinizi böyük həvəslə paylaşın. Bununla yanaşı özünüz üçün markla dili (üslubu) formalaşdırın. Rəsmi dildə danışacaqsınız yoxsa səmimi olacaqsınız? Necə marka imici formalaşdırmaq istəyirsinizsə, ona uyğun dil seçin. Bütün mesajlarınız bu dilə uyğun olmalıdır.

5- Marka imici formalaşdırın 

Sizi istehlakçılar, ortaqlar, səhmdarlar necə tanısın? Buna uyğun imic formalaşdırın. Marka özünü necə tanıtmaq istəyirsə, imici də ona uyğun olmalıdır. Markanın adı, loqosu, sloqanı, istifadə etdiyi rənglər, ötürdüyü mesajın dili, qurduğu əlaqələr birlikdə marka imicini formalaşdırır.

6- Mövqenizi müəyyənləşdirin

Özünüzü ifadə etməyiniz, verdiyiniz mesajlarla fəaliyyətiniz üst-üstə düşsün, uyğunluq təşkil etsin. Ziddiyətli mesajlar ötürməyiniz sizə olan güvəni sarsıda bilər.

7- Markanıza həvəs və duyğu qatın

Markanın uğurlu olmasında insanlarda yaratdığı təəssürat önəmlidir. Duyğular bu təəssüratın formalaşmasında əsas rolu oynayır. İnsanların hisslərinə toxunun. Güvən və ilham verin. Bunun sayəsində insanları maraqlandıra bilərsiniz.

8- Daimi ünsiyyətdə olun

Hədəf kütlənizlə möhkəm əlaqə qurun. Keyfiyyətli kontent istehsal edin və bunu daim sosial şəbəkələr, rəqəmsal platformalar vasitəsilə hədəf kütlənizə çatıdırın. Kontent strategiyanızı da ayrıca hazırlamalısınız. Kontentləriniz tutarlı və mütəmadi olmalıdır. İstehlakçılarınızla ünsiyyəti kəsməyin. Onlara yenilikləriniz barədə məlumat çatdırın, suallarını cavablandırın və rəy bildirin.

 

mənbə: brandingturkiye.com