Məhsuldar iş üçün nəfəs terapiyası

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə insanlar nəfəs almaq bacarığının yalnız 30%-ni istifadə edirlər. Hüceyrələrin əsas həyat mənbəyi oksigendir. Yetərincə oksigen qəbul etməmək nəticəsində qan dövranı zəifləyir və insan bədənində müxtəlif xəstəliklər formalaşır. Araşdırmalara görə 50-yə yaxın xəstəlik “oksigensizlik” kimi sinifləndirilir.

Sağlam formada oksigen qəbul edə bilmək üçün Nəfəs terapiyası köməyinizə gələcək:

Əvvəlcə onu deyək ki, keyfiyyətli hava mənfi ionlarla zəngin hava hesab edilir. Belə hava dağ və dəniz bölgələrində olur. Ən çox mənfi ionlu hava şəlalərin ətrafındadır – 1 sm3 (kub santimetr) havanın tərkibində 50000 ətrafında mənfi ion olur. Digər alternativ isə duz mağaralarıdır. Bu yerlərə tez-tez getmək lazımdır.

Nəfəs terapiyasına həvəskar formada və birbaşa başlamağınız tövsiyə olunmur, peşəkarlardan məsləhət alın. Ən sadə şəkildə isə hər səhər 3-5 dəqiqə dərin nəfəs alaraq günə başlamaq sizə yeni üfiqlər açacaq. Şirkət rəhbərləri əməkdaşları Nəfəs terapiyasına yönləndirdikdə və ofisin havası təmiz saxlanıldıqda məhsuldarlıq xeyli artır, işçilər gümrah və rahat olurlar.

 

Mənbə: Brandingturkiye.com