Belə deyim var: “Geyiminə görə qarşılayırlar, ağlına görə yola salırlar”. Bu Instagram biznes profilləri üçün də keçərlidir. Bəli, Instagramda biznes profiliniz varsa, onu elə formalaşdırmalıyıq ki, ilk baxışda cəlbedici görünsün, eyni zamanda, kontentiniz hədəf kütləyə uyğun, savadlı və maraqlı olsun. Bir sözlə, profilinizin xarici görünüşü izləyici sayına, onlardan neçəsinin sizin alıcınız olacağına təsir edir.
Gəlin, yaxşı biznes profili üçün nə etməli olduğumuza baxaq:
1) Profilə ad seç! Profil adı brend adı olmalıdır. Lakin, artıq sizin brend adınızda hesab varsa, bunun üçün həmin hesab sahibi ilə danışıqlar apara bilərsiniz və ya profil adınızda brend adı və bu brendin nə təqdim etdiyi yer ala bilər. Məsələn, @communicationacademyaz profili artıq varsa, siz @communication_academy_az kimi ad seçə bilərsiniz. Yaxşı olar ki, adınızda simvol sayı 30-u keçməsin. Lakin, brend adının dəyişdirilməsi, fərqli ad yazılması xoşagələn deyil.
2) Instagramda axtarış profil adı, həştəq və məkan üzrə aparıla bilir. Buna görə də, profil adınızı qısa və yaddaqalan etməyə çalışın. Profilin bio hissəsinə həştqlər əlavə edin. Çünki, həştəqləri də ayrıca izləmək olur. Yerləşdiyiniz məkanı qeyd edin, şəhər, ölkə və sair. Əgər lokal müştəri portfeliniz varsa, onda məkanı daha dəqiq seçin, rayon, qəsəbə və ya küçə adı olaraq, arealınızı sıxlaşdıra bilərsiniz.
3) Bio hissəsində verilən məlumat dolğun və peşəkar yazılmış olmalıdır. Burada yalnızca, 180 simvoldan istifadə etmək imkanı var. Buna görə də, uzun sözlər əvəzinə, onları ifadə edən emojilər, həştəqlər əlavə edin və sizin brendin nə olduğunu bildirən bir neçə sadə cümlə yazın. Auditoriyanıza yaxın dil seçin. Onlara necə xitab edəcəyinizi müəyyənləşdirin. Əcnəbi sözlərdən mümkün qədər yayının. Məlumat hissəsinə sizinlə əlaqə vasitələrini qeyd edin. Buna ciddi nəzarət edin və yazdığınız e-mail, telefon nömrələri və digər sosial şəbəkə hesabları həqiqətən mövcud olsun, insanlar sizinlə əlaqə yarada bilsin. Əks halda, sizə olan inam itər.
4) Maraqlı profil görünüşü yaratmaq üçün mətnlərinizi xüsusi şriftlərlə yaza bilərsiniz. Bunun üçün Sprezz Keyboard alətindən istifadə edə etmək olar.
5) Highlight-lardan istifadə et! Köhnə story-lərdən yadda qalanları və sizin məhsullar və ya xidmətlər barədə məlumat olanları highlight edin!
6) Story-lərdə nəyi paylaşaq? Xidmətlərinizin və ya məhsullarınızın ayrıca kataloqu; Müştərilərdən gələn məmnunluq mesajları; Məzmununuzu ifadə edən rubrikalar; Kampaniyalar, görüşlər və yeniliklərin anonsları; Layihə, komanda və ya özünüz barədə məlumat; FAQ cavablar və sair.
7) Çalışın Bio hissəsində, Highlight adlarında, kontentin paylaşım mətnində heç bir halda hərf səhvləri olmasın.
8) Paylaşımlarınız arasında lifehack-lərə də (həyatı asanlaşdıran həllər) yer verin. İnsanlar, faydalı məlumatları öyrənməyə maraqlıdırlar və auditoriyanızın bir qismi sırf bu lifehack-lərə görə profilinizi izləməyə davam edir.
9) Bütün Instagram fəaliyyətinizi izləyici sayından asılı olmayaraq məhz hədəf auditoriyanızı nəzərə alaraq həyata keçirin. Bütün izləyicilərin dediklərini nəzərə alsanız, heç vaxt həmrəy bir fikir eşitməyəcəksiniz və addımlarınızda qərarsız qalacaqsınız.
10) Paylaşımlarınızda rənglərin harmoniyasını qura bilər, müəyyən kollajlar formalaşdıra bilərsiniz. Bu, daha gözəgəlimli görünüş yaradır.
Mənbə: Texterra.ru