Twitter-a Hekayə funksiyası əlavə olunur

SnapchatInstagramFacebookWhatsAppYouTube kimi populyar sosial media platformalarından sonra Twitter-da  da hekayə funksiyasını görəcəyik.

Fleets adlanan hekayə funksiyası digər şəbəkələrdən biraz fərqlidir. Belə ki, hekayələri hər kəs görəcək, lakin onlara cavab vermək və retweet imkanı hər kəs üçün açıq deyil.  İstifadəçilər qarşılıqlı bir-birini izləyirsə və ya direkt mesajlar hər kəsə açıqdırsa, digər iki funksiyadan da yararlanmaq olur. Profiliniz özəldirsə (private) o zaman yalnız sizin izləyiciləriniz sizin Fleet-ləri görə bilər.

Fleets hazırda test periodundadır və ilk oalraq Braziliya, İtaliya və Hindistanda yaşayanlar üçün əlçatan olacaq.