Instagram Facebook-a bağlı olmadan reklam verə biləcək

Instagram, artıq Facebook-a  bağlı olmadan reklam yerləşdirməyin mümkün olacağını açıqlayıb. Burada  məqsəd hələ Facebook hesabı olmayan kiçik sahibkarların Instagramda rahatlıqla reklamdan istifadə edə bilməsidir.

Facebook-un reklam meneceri sahibkarların daha geniş reklam imkanlarından istifadə edə bilməsi üçün Instagram reklamlarını Facebook-a bağlı olaraq həyata keçirməyi tövsiyə edir və bu funksiyanın Facebook hesabı olmayan kiçik müəssisələrə yararlı olacağını söyləyir.

Bu funksiyanın tətbiqinə ilk olaraq ABŞ və Türkiyədə, növbəti aylarda isə digər ölkələrdə başlanılacaq.

 

Mənbə: Pazarlamasyon.com