Neyroqastronomiya barədə bu məqaləni oxumazdan əvvəl bəzi sulları cavablandırmağınız lazımdır: Dad nədir? Yemək bizi niyə xoşbəxt edir? Bir stəkan çay içmək üçün getdiyimiz kafedə necə olur ki, menyunun zənginliyinə aldanıb, iri bir dilim tort yemiş oluruq? Həqiqətən həmişə dietadayıqmı?
Dad qida və içkiləri qəbul edərkən damağımızda qalan duyğunun ifadəsidir. Bildiyiniz kimi 5 duyğuya sahibik: Dadma, eşitmə, görmə, qoxulama, toxunma. Dil üzərindəki reseptorların köməyi ilə biz qidaların və içkilərin dadını duya bilirik. Lakin, burada qoxu duyğusunun da rolu böyükdür. Belə ki, təkcə dad yox, eyni zamanda, qoxu reseptorları vasitəsilə yeyilən yeməyin və ya içkinin ləzzəti barədə beynə siqnallar ötürülür və bu iki duyğunun sayəsində yeməkdən və içkidən aldığımız həzzin dərəcəsi müəyyənləşir. Elə buna görə, adətən, insanlar ilk dəfə dadacaqları yeməyi və ya içkini qoxulayırlar.
İndi isə Neyroqastranomiya
Neyroqastronomiya ölkələrin mətbəxlərini, insan beynini, fərdlərin qidalanmaq adətlərinə və təcrübələrinə təsir edən davranışları araşdıran sahədir. Digər sözlə, bu sahə ləzzət hissinin dərk edilməsi və hafizəyə təsiri yollarını araşdırır.
Məsələn, Harrar V, Piqueras- Fresman Gal və digər araşdırmaçılar müəyyən edib ki, həndəsi fiqurlar pendirlə assosiyasiya olunur və pendirin hansı həndəsi formada olması insanların seçiminə və damaq dadına təsir göstərir. Gueguen N, Piqueras- Fresman B. – nin həyata keçirdiyi digər bir artaşdırma isə göstərib ki, soyuq rənglərdə olan stəkanlar susuzluğu azaldır, qabların rəngi isə yeməyin daha şirin və ya duzlu kimi qəbul edilməsinə təsir göstərir.
Menyu nümunəsi:
Neurovision (neurovision.neuronsinc.com) vasitəsilə həyata keçirilən bir araşdırma isə menyuya baxan insanların nəyə kökləndiyini göstərir. Belə ki, qırmızı hisslələr insanların daha çox diqqət ayırdığı yerlərdir. Menyudakı altı yeməkdən cəmi iki yeməyə diqqət ayrılır. Bunun səbəbi isə yeməyin fotosunun cəlbedici olması və diqqət çəkən rənglərin orada istifadə edilməsidir. Menyunun yuxarı hissəsindəki naxış da diqqət cəlb edən hissədir, bu isə mənfi hal sayılır, çünki, meştəri menyudakı yeməkdən qazanc gətirməyən naxışa diqqət ayırır.
Nəticədə, Neyroqastronomiya yemək təcrübəmizi yaxşılaşdıran, nəyi, necə və niyə yediyimizi anlamağımıza kömək edən sahədir.
Neyroqastronomiyadan aşağıdakı məqsədlərlə istifadə olunur:
- Yemək təcrübəsini yaxşılaşdırmaq;
- Sağlam və faydalı qidaların daha ləzzətli dadması hissini yaratmaq;
- Uşaqlarda piylənmə, Parkinson, Alzheimar və Xərçəng kimi xəstəliklərdə dad duyğusunu tirən insanların yeməkdən dad almasını təmin etmək.
Məsələn, araşdırmalar göstərib ki, piylənmədən əziyyət çəkən uşaqlar yeməyin yağlılığını hiss edə bilmirlər.
Neyroqastronomiya digər tərəfdən yemək satışı ilə məğul olan müəssisələrin də diqqət yetirməli olduğu sahədir. Neyroqastronomiyanın üzə çıxardığı nəticələr əsasında müştərilərin kafe və restoranlarda daha çox vaxt keçirməsini, iştahlı olmasını və sifarişlərindən məmnunluğunu təmin etmək mümkündür.
mənbə: brandingturkiye.com