Off the Record nədir?

Off the record media sahəsində istifadə olunan anlayış və üsuldur. Müsahibiniz  müsahibə vaxtı hər hansı məlumatı müsahibədən kənar dediyini vurğulayırsa, həmin məlumatı müsahibinizin adından yayımlaya bilməzsiniz. Çünki o, Off the record-dan (qeyddən kənar) istifadə edib. Off the record ifadəsi altında (bizim ölkədə bu ifadə daha çox “bunu sənə dost kimi deyirəm”, “bunu sənə deyirəm, amma [...]

Sloqan nədir və niyə önəmlidir?

Sloqan və ya digər adı ilə Motto anlayışı markanın imicinin formalaşmasında və qorunmasında böyük rol oynayır. Sloqan müştərilərin (hədəf kütlə) zehnlərində qalan və qurumu təsvir edən ifadəyə çevrilir. Sloqan qurumun fəaliyyətini yaxud məqsədini ifadə edən söz, söz birləşməsi və ya cümlə ola bilir. Sloqan müştərinin yaddaşında qaldıqdan sonra həmin ifadənin harada işlənməsindən asılı olmayaraq, siz [...]

Arzuladığın işdən nə vaxt çıxmalı?

PR mütəxəssislərin tez-tez səsləndirdiyi fikirlərdən biri odur ki, “Uğursuzluqlar Uğurun anasıdır”. Buna görə də, qarşılaşdığınız çətinliklər və uğursuzluqlar sizi qorxutmalı deyil. Lakin, bəzən işlər çox yaxşı getdiyi halda belə, uğurların ardıcıl sıralandığı günlərdə çox yaxşı işinizdən ayrılmaq fikrinə düşürsünüz. Bu, doğru qərardırmı? Gəlin, “The New York Times”da 9 il PR komandasında çalışan və gözəl günlərin [...]

Məqaləyə iki başlıq yazmağın faydası

İstənilən sahədə çalışan peşəkar insanın gündəlik müqavimət göstərməli olduğu məsələlərdən biri də arqoların* və jarqonların** istifadəsidir. Bu daha çox yazı tərzində özünü büruzə verir. *Arqo – müəyyən sosial qrupun qapalı spesifik dili ** Jarqon – Hər hansı ictimai qrupun, zümrənin istifadə etdiyi özünəməxsus şərti danışıq; ədəbi dilin normalarına uyğun gəlməyən söz və ifadələr. Peşə sahəsinə [...]

Speechwriter kimdir?

İstər toy mərasimi, istər məzuniyyət, istər təlim, istər seçki, həyatın bir çox məqamında auditoriya qarşısına keçmək və nitq söyləmək lazım olur. Burada iki məqam var, insanlar hələ sizi tanımırlarsa, sizə önəm verməyəcək, öz işlərində olacaq, siz danışarkən ətrafındakılarla söhbətləşəcəklər və sizin dediyiniz sözlərin heç bir mənası və təsiri olmayacaq. İkinci məqam isə, siz artıq tanınırsınızsa, [...]

Sosial Listening nədir?

Təssəvvür edin kiçik kafedə çalışırsınız. Bir gün sifariş üçün yaxınlaşan iki müştərinizin söhbətinə şahid olursunuz. Biri digərinə bu kafenin çayını və şirniyyatını bəyəndiyini deyir, digəri çayın yaxşı olduğunu təsdiqləyir, lakin şirniyyatın quru olduğundan şikayətlənir. Belə olan halda siz bu şikayətə göz yummamalı, dərhal digər müştərilərin sizin kafedə satılan şirniyyat barədə nə düşündüyünü öyrənməlisiniz. Müştərilərinizin sizin [...]

Media Monitorinq nəyə lazımdır?

Sizin gördüyünüz işin ictimaiyyətlə hər hansı əlaqəsi varsa,  hədəf kütləniz, sözünüzü çatdırmaq istədiyiniz insanlar, sizin müştəriləriniz və sair, deməli, media monitorinqlər etməlisiniz. Bu hər hansı iş ola bilər, istər dövlət qurumu, istər özəl sektor, istehsalat, xidmət, siyahını uzada bilərik. Nəticədə, siz insanlarla və ya insanlar üçün işləyirsinizsə, fəaliyyətinizin onlarda olan dəyərini bilməlisiniz. Bir sözlə, başınızı [...]

Virus var, bəs Kommunikasiya?

İctimaiyyətlə əlaqələr (PR) işi, əslində, kənardan çox sadə görünür. Düşünürlər ki, burada çətin nə var?! PR menecer Media üçün açıqlama yazır, iki-üç görüş keçirir və buna bənzər bir neçə sadə iş görür. Bunu etməyə nə var axı?! Elə bu yanaşma ilə də sözü gedən sahəyə axının olduğunu, əksəriyyətin bu düşüncəyə əsaslanıb illərin mütəxəssisinə çevrildiyini görürük. [...]

Neyro Marketinq nədir?

Neyro Marketinq istehlakçıların psixologiyasını, davranışlarını nəzərə alaraq məhsulun satışını artırmaq üçün istifadə olunan texnikadır. Bu, önəmli texnikalardan sayılır. Çünki, bir məhsulun/xidmətin niyə seçildiyinə, digərlərindən nə üçün üstün tutulduğuna dair cavablar satış üçün önəmlidir. Neyro Marketinq istehlakçının seçimləri üzərində aparılan araşdırmalarla istehlakçıların satış müddətində məhsulda hansı xüsusiyyətlərə əsaslandığına dair məlumat bazası formalaşdırır, daha sonra isə analiz [...]

Tik-Tok B2C markalar üçün niyə önəmlidir?

TikTok ötən il, dünya miqyasında bir milyardan çox endirim və aylıq təxminən 800 milyon aktiv istifadəçi ilə ön plana çıxmağa bacardı. İstifadəçilərin 40%-i 16-24 yaş aralığında olan bu platformadan yalnız bir neçə şirkət marketinq strategiyasının təməli kimi istifadə edir. TikToku-u ciddi qəbul edən şirkətlər isə inanılmaz nəticələr əldə edib. TikTok xüsusilə, Z Nəslini hədəfləyən B2C [...]

E-Mail Marketinq nədir?

İnternetə ilk dəfə qoşulan şəxslərin əksəriyyəti özlərinə elektron poçt ünvanı (e-mail) alırlar. Bu, həm İnternetin xidmətlərindən geniş istifadə edə bilmək üçün zərurətdir, həm də işgüzar yazışmalar, əlaqələr üçün əvəzolunmaz vasitələrdən biridir. Demək olar ki, İnternetdən istifadə edən hər kəsin e-mail ünvanı olduğuna görə bu platformalar geniş auditoriyaya sahibdir və birbaşa hədəf kütləyə xitab edə bilmək [...]

Loqolarda istifadə olunan rənglərin psixoloji mənaları

Loqo markanı birbaşa təmsil edən işarədir. Markalar loqo seçimi ilə yanaşı korportiv rəng də seçməli, həm də bu rəngi loqolarında əks etdirməlidirlər. Buna görə də rənglərin mənalarını bilmək, markanın fəaliyyət sahəsinə və fəlsəfəsinə uyğun rəng seçmək önəmlidir. Buna görə də Pazarlamasyon.com saytına istinadən loqolarda ən çox istifadə olunan 8 rəngin psixoloji mənalarını oxucularımızla bölüşürük: Qırmızı: [...]