Tik-Tok B2C markalar üçün niyə önəmlidir?

TikTok ötən il, dünya miqyasında bir milyardan çox endirim və aylıq təxminən 800 milyon aktiv istifadəçi ilə ön plana çıxmağa bacardı.

İstifadəçilərin 40%-i 16-24 yaş aralığında olan bu platformadan yalnız bir neçə şirkət marketinq strategiyasının təməli kimi istifadə edir. TikToku-u ciddi qəbul edən şirkətlər isə inanılmaz nəticələr əldə edib. TikTok xüsusilə, Z Nəslini hədəfləyən B2C şirkətlər üçün önəmli platformadır.

Məsələn, ötən payız E.L.F adlı kosmetik vasitələr satışı ilə məşğul olan şirkət TikTok-da  #eyeslipsface kampaniyası ilə proqram istifadəçilərini 15 saniyə ərzində öz makiyaj məharətlərini göstərməyə səslədi. Kampaniya rekorda imza atdı. İlk video ilk iki həftədə 2,5 milyard dəfə izləndi və 3 milyondan çox istifadəçi həmin videonu paylaşaraq bir-birini bu marafona qoşulmağa dəvət etdi.

Kampaniyanın rekordlar qırması ilə yanaşı, Ellen Degeneres Reese Witherspoon kimi məşhurlar da bu videoları paylaşmalı olub. Kampaniyanın 15 saniyəlik mahnısı isə o qədər maraq doğurub ki, Spotify və Apple Music-də sinql olaraq yayımlanıb, Vevo-da isə rəsmi musiqi videosu var.

Bu TikTok-un son dərəcə aktiv istifadəçi bazası və markanın sayəsində mümkün olub. Biraz yardıcılıq və aktiv istifadə ilə bir markanın TikTok-da uğur qazanması çətin deyil.

TikTokun yaradıcısı Drea Knowsbest bildirib ki, bu uğurun digər səbəbi aktiv TikTok istifadəçilərinin sadiq izləyicilərinin olmasıdır.

 

Mənbə: Pazarlamasyon.com