E-Mail Marketinq nədir?

İnternetə ilk dəfə qoşulan şəxslərin əksəriyyəti özlərinə elektron poçt ünvanı (e-mail) alırlar. Bu, həm İnternetin xidmətlərindən geniş istifadə edə bilmək üçün zərurətdir, həm də işgüzar yazışmalar, əlaqələr üçün əvəzolunmaz vasitələrdən biridir.

Demək olar ki, İnternetdən istifadə edən hər kəsin e-mail ünvanı olduğuna görə bu platformalar geniş auditoriyaya sahibdir və birbaşa hədəf kütləyə xitab edə bilmək üçün əlverişli vasitədir. Nəzərə almalıyıq ki, biz özümüz də gün ərzində heç olmasa bircə dəfə e-mail ünvanımızı yoxlayır, gələn məktublara baxırıq.
Marketoloqlar da bu imkandan istifadə edə bilmək üçün E-mail Marketinq üsulunu tətbiq etməyə başlayıblar.

E-mail Marketinq nədir?

E-mail Marketinq göndərmək istədiyiniz mesajı birbaşa hədəf kütləyə çatdırmağınızı təmin edir. Digər reklam vasitələrindən fərqli olaraq burada üçün böyük büdcə tələb olunmur. Bu vasitə ilə mesajınızın neçə nəfərə çatdığını, neçə nəfərin həmin mesajı gördüyünü, neçə nəfərin həmin mesajdakı keçidə kliklədiyini məlumatlar bazası və ya hesabat formasında əldə edə bilirsiniz.

Yəni, E-mail Marketinq məhsulları, şirkətləri, xidmətləri tanıtmaq və ya satışını həyata keçirə bilmək üçün məlumat xarakterli e-mail-lərin potensial alıcılara birbaşa göndərilməsidir. Bu, reklam üsullarının içində ən təsirlilərindəndir. Siz hər hansı sayta reklam yerləşdirdikdə həmin reklamın oxucuların diqqətini nə qədər çəkəcəyini bilmirsiniz. Lakin, hədəf kütlənin e-mail ünvanlarına məktub göndərdikdə onlar bunu 100% görəcək, 90% oxuyacaqlar. Təbii ki, E-Mail marketinq qəti olaraq spam deyil. Bunun üçün icazəli e-mail ünvanları siyahısından istifadə olunmalıdır.

 

Mənbə: obilir.com