Neyro Marketinq istehlakçıların psixologiyasını, davranışlarını nəzərə alaraq məhsulun satışını artırmaq üçün istifadə olunan texnikadır. Bu, önəmli texnikalardan sayılır. Çünki, bir məhsulun/xidmətin niyə seçildiyinə, digərlərindən nə üçün üstün tutulduğuna dair cavablar satış üçün önəmlidir.
Neyro Marketinq istehlakçının seçimləri üzərində aparılan araşdırmalarla istehlakçıların satış müddətində məhsulda hansı xüsusiyyətlərə əsaslandığına dair məlumat bazası formalaşdırır, daha sonra isə analiz edilərək, lazımı nəticələr çıxarılır.
Doğru satış həyata keçirə bilmək üçün metodlar çoxdur, lakin istehlakçı davranışlarını gözardı etmək olmaz. Məhz istehlakçı davranışlarının analizi nəticəsində onların yeni məhsula yanaşması, münasibəti və reaksiyası əvvəlcədən hesablana bilir, satış səviyyəsi proqnozlaşdırılır. Beləliklə, istehlakçıların alıcılıq xüsusiyyətləri əsasında markanın məhsulunda xüsusi nüans, tərəf formalaşdırılır və bu illərlə qalıcı olur. Rəqib markalar həmin kütlənin davranışlarını nəzərə alaraq eyni nüansı öz məhsuluna əlavə etsə də, yenə bu nüans həmin birinci şirkətin məhsulunu xatırladır.
Bütün bunlara görə hədəf kütlənin davranışlarının analizi və bu analiz nəticəsində hazırlanan kampaniyalar uzun müddətli uğur qazanır və məhsulun qalıcılığını təmin edir.
Mənbə: Pazarlamasyon.com